Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Deputat: 'Xeyr, bu sovet dövrünə qayıdış deyil...'


Heydər Əliyev çıxış edir. 1971
Heydər Əliyev çıxış edir. 1971

Zamin Hacı: “Uşaqların 10 qəpiyə yığdığı həmin pambığı indi hansısa Kamılxan xalanın adına yazıb, qəhrəman edəcəklər. Necə ki sovet dövründə edirdilər”

Azərbaycanın yenə “Əmək” ordeni olacaq. Bu məqsədlə qanuna dəyişiklik təklif edilir. Gənc nəsil yox, amma sovet dövründə yaşayanlar “əmək” sözüylə başlanan mükafat, orden və medal adlarını yaxşı xatırlayırlar. O zaman “əmək qəhrəmanları”nın ən qəhrəmanına Sosialist Əməyi Qəhrəmanı adı verilirdi. Azərbaycan 25 ildir müstəqil dövlətdir və zaman-zaman, sovetdənqalma fəxri ad və titulların ləğvi məsələsi gündəmə gəlir. Amma indi belə məlum olur ki, onların ləğvi əvəzinə tarixin arxivinə atılan adlar da bərpa edilir. Əks halda “Əmək” ordeni nədən təsis edilir ki?!.

Buna da bax:​ Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb

Deputat: “Qeyri-neft sektorunu stimullaşdırmaq üçündür”

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm işlər görülür. Hökumət insanları kənd təsərrüfatı sahələrinin inkişafına cəlb edir. Müəyyən qədər stimul vermək üçün dövlət orden təsis edir. Bununla bağlı bizim komitə də qanunvericiliyə öz dəstəyini verir”, - deputat Rövşən Rzayev AzadlıqRadiosu-na belə deyir.

Rövşən Rzayev: 'Qeyri-neft sektorunu stimullaşdırmaq üçündür'
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid

Onun təmsil olunduğu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi bu məsələni noyabrın 15-də müzakirə edib.

– Bunu sovet dövrünə qayıdış kimi dəyərləndirənlər var, onlara cavabınız nədir?

– Xeyr, bu sovet dövrünə qayıdış deyil. Müxtəlif dövlətlərdə belə ordenlər var. Kənd təsərrüfatının inkişafına stimul vermək üçün bu müsbət addımdır, məncə.

Buna da bax:​ Əmək qəhrəmanı institutu bərpa edilir

– Sizcə, bu cür ordenin qeyri-neft sektorunun inkişafına hansı faydası ola bilər? Məsələn, Almaniya, ABŞ kimi inkişaf etmiş ölkələrdə “Əmək” ordeni yoxdur, amma iqtisadiyyat çox irəliyə gedib...

– Siz Amerikanı, Almaniyanı misal çəkirsiz. Oralarda iqtisadiyyat çox güclüdür və bunun da əsas səbəbi müstəqilliyin uzun illərdir əldə olunmasıdır. Azərbaycanın müstəqil dövləti 23 ay yaşayıb. Totalitar kommunizm rejiminin işğalından sonra bu inkişaf dayanıb. Azərbaycan cəmi 25 ildir müstəqil dövlət kimi inkişaf edir. Bir yandan Azərbaycan təbii sərvətlər hesabına böyük uğurlar əldə edib. Amma bu gün dünya siyasətində gedən proseslərə uyğun iqtisadiyyatını başqa yöndə inkişaf etdirməyə məcburdur. Bunun yollarından biri kənd təsərrüfatının və turizmin inkişafıdır. Hökumət hər iki sahəyə dəstək verir və düşünürəm ki, bu da həmin dəstəyin bir hissəsidir.

– Bəlkə hökumət dəstək olaraq iqtisadi islahatlara getməliydi, kənd təsərrüfatının, turizmin inkişafına başqa imkanlar yaratmalıydı... Bu baxımdan “Əmək” ordeni nəyi dəyişər ki?

– Bu haqda uzun müzakirə apara bilərik, amma düşünürəm ki, orta və kiçik sahibkarlığın inkişafı üçün işlər görülüb. Düzdür, problemlərimiz də var. Amma kənd təsərrüfatına daha çox önəm verməyin vaxtıdır, məhz bu da dövlət tərəfindən edilir.

Buna da bax:​ 'Əmək' ordeni də olacaq

AzadlıqRadiosu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsindən başqa deputatlarla əlaqə saxlaya bilməyib.

Zamin Hacı: “Bu, tragikomediyadır”

Köşə yazarı Zamin Hacının fikrincə, mədəni ölkələrdə belə orden və medallar təsis edilmir:

“Normal ölkədə “xalq şairi”, “qəhrəman ana” kimi adlara ehtiyac qalmır, çünki insanlar normal şəkildə yaşayırlar, əməklərinin də dəyərini normal maaşları ilə alırlar. Bu cür uydurma adlar quldarlıq cəmiyyətində, mağara təfəkkürlü cəmiyyətlərdə üzə çıxır. Kütlələri idarə etmək üçün bu cür uydurma qəhrəmanlar sırımaq lazımdır”.

Zamin Hacı: 'Bu, tragikomediyadır'
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00
Direct-ə keçid

Zamin Hacı sovet dövründə olduğu kimi müstəqil Azərbaycanda da uydurma qəhrəman obrazlarının yaradılacağını deyir: “Bu il məktəbli uşaqlara kilosu 10 qəpikdən pambıq yığdırdılar. Uşaqların 10 qəpiyə yığdığı həmin pambığı indi hansısa Kamılxan xalanın adına yazıb, qəhrəman edəcəklər. Necə ki sovet dövründə edirdilər. Yüzlərlə adam işləyirdi, onların əməyi sayəsində bir adam qəhrəman olurdu. Deyirdilər ki, filankəs neçə ton süd sağdı, amma dükanda süd yox idi, tonlarla pambıq əkilirdi, geyməyə köynək tapılmırdı...”.

Buna da bax: Nazirlik: 'Sovet dövrü deyil ki... onları məcbur edən yoxdur, özləri gedirlər'

Köşə yazarı bu durumu tragikomediya adlandırır. Sonda bir lətifə də danışır: “Brejnev qatarla gedir. Birdən qatar dayanır. Soruşur ki, niyə dayandıq, cavab verirlər: “Burdan o yana rels yoxdur, dağılıb”. Onda Brejnev deyir ki, pərdələri yelləyin, qıraqdan baxan elə bilsin biz gedirik. Bu gün Azərbaycan da dayanmış qatarın hərəkət görüntüsünü yaratmağa çalışır. Bu, çarəsizlikdir”.

Buna da bax:​

Milli Məclisdə "Əmək Ordeni" təsis etmək təklif olundu
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

XS
SM
MD
LG