Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:43

Ermənistanda ABŞ ilə birgə təlimlər başlayıb


ABŞ-ın Avropadakı hərbi təlimlərində iştirak edəcək Ermənistan qoşunlarının yola salınma mərasimi. 3 aprel 2015
ABŞ-ın Avropadakı hərbi təlimlərində iştirak edəcək Ermənistan qoşunlarının yola salınma mərasimi. 3 aprel 2015

Azadlıq Radiosunun Erməni xidmətinin məlumatına görə sentyabrın 11-də Ermənistan və ABŞ rəsmi Moskvanı qəzəbləndirən hərbi təlimlərə başlayıb.

Sentyabrın 11-dən 20-dək davam edəcək hərbi təlimlər separatçı Qarabağ bölgəsinə görə Ermənistanın qonşusu Azərbaycan arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

ABŞ komandanlığının sözçüsü Martin O'Donnell bu təlimləri iki xalqın əsgərlərinin taktiki səviyyədə yeni əlaqələrinin qurulması və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması üçün həyati bir fürsət kimi dəyərləndirib.

Təlimlər Yerəvan yaxınlığındakı Zar və Armavir təlim sahələrində keçirilir. ABŞ, o cümlədən də Ermənistanla 20 illik təlim tərəfdaşlığı olan Kanzas Milli Qvardiyasının üzvləri bu təlimlərdə ağır silahlardan istifadə etməyəcəklər.

Yerəvandakı Demokratiya və Təhlükəsizlik üzrə Regional Mərkəzin rəhbəri, politoloq Tiqran Qriqoryan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, bu hərbi təlimlər Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışdığını göstərir:

"Ermənistanın bütün son addımları Ermənistanın Rusiya düşərgəsində olmadığını göstərmək cəhdi kimi qiymətləndirilə bilər".

***

Sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ ilə birgə "Eagle Partner 2023" təlimləri başlanır. Təlimlər çərçivəsində sülhyaratma missiyaları vaxtı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqları icra olunacaq.

Rusiya bu təlimlərə mənfi reaksiya verib, ötən həftə bir neçə dəfə "narahatlıq" bildirib.

Ötən həftə yayılmış informasiyaya görə, təlimlərə 85 ABŞ, 175 erməni əsgəri qatılacaq. Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, onlar xəyali münaqişə zonasında birgə sülhyaratma əməliyyatını simulyasiya edəcəklər.

"İndiki vəziyyətdə belə təlimlərin keçirilməsi regionda sabitliyin gücləndirilməsi və etimad mühitinə töhfə vermir", – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Ermənistan Moskvanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə təlimlərinə qatılmalıdır.

Yerevan ilin əvvəlində bu payız ev sahibliyi etməli olduğu KTMT təlimini təxirə salıb. Bundan öncə Ermənistan liderləri Rusiya və KTMT-nin Azərbaycanla münaqişədə Ermənistana dəstək verməməsindən narazılıq bildiriblər.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 3-də İtaliyanın "La Repubblica" qəzetinə demişdi ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağda təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

XS
SM
MD
LG