Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:32

Ermənistan Papa Francisin səfərinə hazırlaşır


Papa Francis və Sarkisyan, 19 sentyabr, 2014
Papa Francis və Sarkisyan, 19 sentyabr, 2014

-

“Yoxsulların Papası” Francis ölkənin ən kasıb şəhərində ibadət edəcək

Ermənistan Roma Katolik icmasının liderlər Papa Francisin Ermənistana xristian irsinin tanınması və buna güclü dəstəyini ehtiva edən səfəri münasibətilə mərasim düzənləyiblər.

Papa Francisin Ermənistana iyunun 24-də 3 günlük səfərə gələcək. O, Cənubi Qafqaz və Ermənistan Apostolik Kilsəsi ilə Vatikanın əlaqələrini gücləndirmək niyyətindədir. O, Yerevanda “erməni soyqırımı” abidəsinə baş çəkəcək, paytaxtın mərkəzi meydanında və Gümrüdə açıq havada mərasim keçirəcək.

Ermənistanda on minlərlə katolik var. Onların əksəriyyəti ölkənin şimal-şərqində yerləşən, paytaxtı Gümrü olan Şirak əyalətində yaşayırlar. Minlərlə erməni katolik Gürcüstanın Şirakla sərhəddində yerləşən Cavakhetri ərazisində yaşayır.

Yerli katoliklərin intizarı

Roma Papası və erməni katolik kilsəsi başçısı Qaregin, 12Apr2015
Roma Papası və erməni katolik kilsəsi başçısı Qaregin, 12Apr2015

Ermənistan, Gürcüstan və Şərqi Avropa Katolik Kilsəsinin arxiyepiskopu Rafael Minasian deyir ki, onun icması Papanın səfərini səbirsizliklə gözləyir. Onun sözlərinə görə, bu kimlik minlərlə xristianın özünü qurban verməsi nəticəsində qoruna bilinib.

Minasian qeyd edib ki, erməni katolikləri Papa Francisə Vatikanın “erməni soyqırımı”nı tanıdığı üçün şəxsən təşəkkür etmək imkanı qazanacaqlar. Ermənilər 1915-ci ildə türklərin Osmanlı imperiyası ərazisində yaşayan 1.5 milyon ermənini qətlə yetirdiyini iddia edir, Türkiyə isə soyqırım iddialarını rədd edib hər iki tərəfdən ölüm olduğunu bildirir.

Papa 2015-ci ilin aprelində Vatikanın St.Peter Basilaca kilsəsində bunu “20-ci əsrin ilk genosidi” kimi təsvir etmişdi. Türkiyə buna görə Vatikana etiraz etmişdi.

Erməni Katolik Kilsəsi konqresinin sözçüsü Ata Hovser Galstian gözləyir ki, Papa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da “regionda sülh mesajı” verəcək.

Papa Francis Azərbaycana da səfərə gələcək.

“Gümrüdəki vəziyyət dünya mediasına düşəcək”

Gümrüdə yerləşən Katolik Kilsəsinin keşişi Grigor Mkrtchian Papa Francis-in ölkənin ikinci şəhərinə də səfər etməsinin çox vacib olduğunu söyləyir, əlavə edir ki, bu səfər yalnız Gümrünün bir erməni katoliklərinin mərkəzi status ilə yox, həm də şəhərin aşağı sosial-iqtisadi vəziyyəti ilə bağlıdır.

Gümrüdə Papanın görüşündə 20-22 min adamın iştirak edəcəyi gözlənir. Messa ibadətinə isə 3000-dən çox zəvvar qatılacaq.

Papa Fransic Gümrüyə getməyi özü istəyib. Həm bu şəhərdə daha çox katolik yaşadığına, həm də Gümrünün ölkənin ən kasıb şəhəri olduğuna görə, - AzadlıqRadiosu-nun erməni xidməti yazır.

Papa Francis “kasıbların Papası” titulunu alıb və Gümrü kilsəsi hesab edir ki, onun şəhərə səfəri zonanın yoxsulluq problemini yenidən qaldıra bilər.

Gümrüdə yerləşən Katolik Kilsəsinin keşişi Grigor Mkrtchian deyir ki, Papa Francis Gümrünün hansı sosial-iqtisadi vəziyyətdə yerləşdiyini bilir: “Ona görə də ölkənin ən kasıb sakinləri ilə bir yerdə olmağa gəlir”, o deyir. AzadlıqRadiosuna müsahibəsində keşiş qeyd edir ki, Papanın səfərini işıqlandırmaq üçün dünya mediası da Gümrüyə gələcək və şəhərin iqtisadi-sosial vəziyyətini də göstərəcəklər”.

“İlk xristian ölkəsinə səfər”

Roma Papası Aramla Cilicia Böyük Katolik Kilsəsində, 05 iyun 2014
Roma Papası Aramla Cilicia Böyük Katolik Kilsəsində, 05 iyun 2014

Papa Francis Ermənistana “İlk xristian ölkəsinə səfər” devizi altında gəlir və hazırda erməni katolik kilsəsi hazırlıq işləri aparır.

Keşiş Grigor Mkrtchian deyir ki, artıq messa üçün yer hazırdır. “Biletlər, dəvət ediləcək qonaqların siyahısı hazırlanır”, - o deyir.

Gümrüdə ibadətin olacağı Vardananc meydanına giriş biletlə olacaq. Papa Francisin təhlükəsizliyini Ermənistan prezidentinin təhlükəsizlik xidməti təşkil edəcək.

Merdə o qədər pul nə gəzir?..

İbadətdən sonra Papa Gümrüdə hazırda fəaliyyət göstərən qadın monastrına gedəcək. Monastra gedən yol bərbad haldadır, Gümrü meri Sambel Balasanyan ümid edir ki, yol asfaltlanacaq: “Yolun uzunluğu 1,5 km-dir. Bizdə bunu təmir etmək üçün vəsait yoxdur, hardasa 250 milyon lazımdır, məndə bu qədər vəsait nə gəzir?”, mer deyib.

Papanın səfəri şəhərdə bir neçə küçənin abadlaşmasına səbəb olub. Mer xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin 2013-cü ildə səfəri zamanı bir neçə küçə növbədənkənar abadlaşdırıldı.

XS
SM
MD
LG