Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:44

Ermənistanın iki vətəndaşı 20 il azadlıqdan məhrum edildi


Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan

1990-cı illərdə əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə suçlanan iki nəfər Ermənistan vətəndaşı - Lüdvik MkrtiçyanAlyoşa Xosrovyanın mühakiməsi yekunlaşıb. Avqustun 2-də Yasamal Rayon Məhkəməsinin inzibati binasında onlara hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə onların hər biri 20 il azadlıqdan məhrum edilib. Hökmdə yazılıb ki, onlar cəzalarının birinci yarısını qapalı həbsxana rejimində (Qobustan həbsxanası -red.), qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

İşgəncə vermə, qanunsuz silahlı birləşmələrin tərkibində iştirak və başqa əməllərdə suçlanan L.Mkrtiçyanla A.Xosrovyan özlərini təqsirli bilmirlər. Məhkəmədəki ifadələrində də heç kimə işgəncə vermədiklərini bildiriblər. Onlar 2020-ci ilin oktyabrında saxlanılıblar.

Bununla Azərbaycanda mühakimə olunan ermənilərin məhkəməsi başa çatıb.

Ermənistan tərəfi Azərbaycanda mühakimə olunan vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsmanı Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı formada mühakimə olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan isə onları hərbi əsir deyil, terrorçu-diversant sayır. Amma onların bir qismi sonradan mina xəritələri qarşılığında azad olunub.

XS
SM
MD
LG