Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:34

Məhsa Əmininin qırx mərasiminə piyada gedənlər də var


Tehran Universitetində tələbə etirazı
Tehran Universitetində tələbə etirazı

Oktyabrın 26-da iranlılar hökumətin xəbərdarlığına baxmayaraq, Məhsa Əmininin məzarı başına onun 40 mərasimini qeyd etməyə yığışıblar. 22 yaşlı Əmini sentyabrın 16-da Tehranda əxlaq polisi tərəfindən saxlananda döyülüb, bir neçə gün sonra xəstəxanada vəfat edib.

Bu gün onlarla kişi və qadın Əmininin Kürdüstan qərb vilayətindəki doğma şəhəri Saqezdə Aiçi məzarlığına yığışıblar. Təhlükəsizlik xidmətləri qadının ailəsinə deyiblər ki, “oğlanlarının həyatı üçün narahat olsunlar”.

İnternetdə yayılan videolarda iştirakçılar Ali dini lider Ayətullah Əli Xameneyini nəzərdə tutaraq “Qadın, həyat, azadlıq”, “Diktatora ölüm” şüarları qışqırır.

“Hengaw” insan haqları qrupunun yaydığı videolarda Saqezdə xeyli sayda təhlükəsizlik qüvvəsi görünür. Onların şəhərə girişi bağlamağa çalışdığı xəbər verilir.

Ancaq onlarla adamın avtomobil və motosiklərdə şəhərə yol aldığı bildirilir. Eyni zamanda piyada yola düşənlər də var.

Hengaw Twitter-də yazıb ki, Sənəndəc, Saqez, Divandərə, Marivan və Kamyaran şəhərlərində irimiqyaslı tətil keçirildiyi xəbər verilir. Ancaq bu iddianı dəqiqləşdirmək mümkün olmayıb.

Hengaw qeyd edir ki, futbol ulduzları Əli DaeiHamid Lak da “qırx mərasiminə getmək üçün” Saqezə yollanıblar, amma “mühafizə altında hökumətin qonaq evinə aparılıblar”.

Daeinin Əmini etirazlarına onlayn dəstəyinə görə hakimiyyətlə problemi yaranıb.

1500tasvir sosial media kanalının yaydığı videoda isə Tehran emal zavodunun oktyabrın 26-da Əmininin qırxı münasibətilə tətil etdiyi görünür.

Dünən isə İran universitetlərində tələbələr aksiyaçılara qanlı divan tutulmasına etiraz bildiriblər.

+++

Ərdəbildə məktəbli döyülən gün ölüb. Əli Kərimi hədələndiyini deyir

İranda yeniyetmə Əsra Pənahinin ölümüylə bağlı yeni detallar hökumət rəsmilərinin məktəbli qızın guya ürək xəstəliyindən ölməsi haqda bəyanatına ziddir. Pənahinin rejimin şəninə mahnı oxumaqdan imtina etdiyinə görə təhlükəsizlik agentləri tərəfindən döyüldüyü, aldığı xəsarətlərdən öldüyü bildirilir.

Ərdəbil şəhərində Şahed məktəbinin şagirdləri hökumətə dəstək aksiyasına aparılıb, orada Ali dini lider Ayətullah Əli Xameneyini tərifləyən himn oxumağa məcbur edilir. Şagirdlər imtina edəndə isə təhlükəsizlik qüvvələri onların çoxunu döyüblər. On şagirdin naməlum yerə aparıldığı, yeddisinin xəsarət aldığı deyilir.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

İran rəsmiləri oktyabrın 14-də xəstəxanada vəfat edən Pənahinin döyülməsini inkar edirlər. Elit üzgüçülük və qaçışla məşğul olan Pənahinin əvvəl ürək xəstəliyindən öldüyünü, daha sonra bunun intihar olduğunu deyirlər.

Məktəbə basqın olunan gün ölüb

Müəllimlər Birliklərinin Koordinasiya Şurası (MBKŞ) isə bildirir ki, Pənahinin hökumət qüvvələrinin məktəbə basqın etdiyi gün vəfat etdiyini təsdiqlədib.

Bundan başqa şahidlər və qohumlar Radio Fərda-ya Pənahinin döyüləndən sonra xəstəxanaya aparıldığını, orada öldüyünü, Ərdəbildə qəbiristanlıqda basdırıldığını deyiblər.

Pənahinin əmisi Əli Pənahi dəfələrlə müsahibə verərək ölümün rəsmi versiyasını təsdiqləyib, ancaq bir neçə qohum bu açıqlamaların təzyiq altında verildiyini deyib.

İranda etirazlar 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlanıb. Gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanarkən döyüldüyü, aldığı xəsarətlərdən vəfat etdiyi bildirilir.

Osloda yerləşən İran İnsan Haqları təşkilatı etirazlarda azı 215 nəfərin, o cümlədən 27 uşağın öldürüldüyünü hesablayıb.

Futbolçu təhdid olunduğunu deyir

Ərdəbildən olan keçmiş futbol ulduzu Əli Kərimi isə hökumətə qarşı çıxanları dəstəklədiyinə görə təhlükəsizlik rəsmilərinin onu hədələdiyini deyir.

Bayern Münhen FK-nın keçmiş oyunçusu, Dubayda yaşayan Kərimi oktyabrın 24-də tvitində yazıb ki, məhz sosial media postlarına görə təhlükəsizlik agentlərinin dolayısı təhdidləri ilə üzləşib. Kəriminin Instagram-da 12 milyonadək izləyicisi var.

İdman jurnalisti Mehdi Rüstəmpur bu yaxınlarda iddia edib ki, təhlükəsizlik orqanları Əli Kərimini BƏƏ-dəki Fujairah limanında oğurlatmağa cəhd edib. Ancaq bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

İran indiyədək mühacirətdə yaşayan çoxsaylı müxalifətçiləri öldürtdürüb, yaxud oğurlatdırıb. Onların içində iranlı Almaniya vətəndaşı Cəmşid Şarmahd, jurnalist Ruhulla Zam da var.

Kərimi təhlükəsizlik qüvvələrinin amansızlıqla divan tutduğu etirazçıları dəstəkləyib.

İranda təhlükəsizlik qüvvələrinin qızlar məktəbinə basqın etdiyini, Qum universitetində tələbələrin şüarlar səsləndirdiyini göstərən videolar yayılır. “Professorlarımızı öldürdülər, yerinə mollaları qoydular”, – tələbələr hökumətin sözçüsünün universitetə gəlməsinə belə etiraz edib.

XS
SM
MD
LG