Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Ət bahalaşır, idxalı artır, keyfiyyəti isə...


Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Əti bahalaşdıran 4 səbəb: 'Baxın, bir dənə müştəri yoxdur' (Arxiv. Yamvar 2022)

Son illər Azərbaycanda həm ətin qiyməti, həm də idxalı artır. İdxalda artım həm diri heyvanlar, həm də ət şəklində müşahidə olunur.

Bununla paralel tez-tez "ətin dadı və keyfiyyəti əvvəlki kimi deyil" şikayətləri də eşidilir. Yeri gəlmişkən, son günlər ölkədə mal ətinin 1 kiloqramının 1-2 manat yenidən bahalaşdığı müşahidə edilir.

74 faiz artım

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 24.3 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 46.9 milyon dollar olub. Ötən ilin eyni dövründə ölkəyə 39.8 milyon dollar dəyərində 23.5 min ton ət gətirildiyi açıqlanmışdı.

Diri heyvanlara gəlincə, bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni, ötən illə müqayisədə artım 74.1 faiz çoxdur.

"İstehsal kifayət etmir"

Şikayətlərlə bağlı, hələlik, rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, yerli istehsal daxili tələbatı ödəmək üçün kifayət etmir: "Əvvəllər də ət xaricdən idxal olunurdu. İndi isə idxal daha da artıb və bununla əlaqədar ətin qiymətində də artım var".

Deputatın sözlərinə görə, inflyasiya da ölkəyə idxal olunur: "Ona görə də daha çox yerli istehsala fikir vermək, sahibkarlara güzəştli kreditlərin verilməsini artırmaq lazımdır. İşğaldan azad olunmuş ərazilərdə heyvandarlıqla məşğul olmaq mümkündür və artıq müəyyən insanlar da məşğuldurlar. Bu ərazilərdə heyvandarlıq inkişaf etsə, bu, ətin idxalından da bizi azad edəcək".

'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

"...onun qədər dadı və keyfiyyəti yoxdur"

Keyfiyyətə gəlincə, V.Əhmədov qeyd edib ki, ölkəyə gətirilən ət ekspertizadan, yoxlamadan keçir və sertifikasiya olunur: "Amma gəlin etiraf edək ki, Azərbaycanda istehsal olunan ətin keyfiyyəti ölkəyə gətirilən ətin keyfiyyətindən daha yüksəkdir. Yerli ətin keyfiyyəti çox yüksəkdir, amma xaricdən idxal olunan ətin onun qədər dadı və keyfiyyəti yoxdur".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ətin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur: "Rəsmi statistikaya baxsaq, Azərbaycanda ət istehsalında 3 faizə qədər artım göstərilir. Ölkəyə ətin idxalında keçən ilə nisbətən artım var. Digər tərəfdən, ölkəyə kəsim üçün gətirilən diri heyvanların dəyərində 74 faiz artım var. Bu isə o deməkdir ki, çəkidə də o qədər artım müşahidə olunur. Lakin dünya bazarlarında ətin qiymətində artım yoxdur".

Ən çox ət Ukraynadan idxal olunub

2022-ci ildə ən çox ətin Ukraynadan idxal olunduğunu vurğulayan iqtisadçının sözlərinə görə, ölkəyə ət dondurulmuş formada gətirilir: "İdxal olunan ətin növləri fərqlidir. Orada həm mal əti, həm qoyun əti var. Bunların əksəriyyətinin keyfiyyəti standartlara uyğundur. Gətirilən ət, əsasən, ictimai-iaşə obyektlərində istifadə olunur".

XS
SM
MD
LG