Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:54

‘Toyuğu, cücəni, bircə keçimi – hamısını sel apardı’


Çayın daşması
Çayın daşması

Bu il avqustun 28-də Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, tələfata səbəb olub. Təbii fəlakətə məruz qalan kəndlərdən biri də Qonaqkənd inzibati ərazi vahidliyinə məxsus Ördüc kəndidir. Güclü dolunun yaratdığı sel həmin kənddə 14 yaşlı bir oğlanı, xeyli xırdabuynuzlu mal-qaranı aparmış, amma oğlanı xilas etmək mümkün olmuşdu.

Buna da bax:​ Qubada 6, İsmayıllıda 16 kəndlə əlaqə kəsilib

«İT DAMI İTQARIŞIQ GETDİ»

Təbii fəlakətə məruz qalan kəndlərdən biri də Qubanın Ördüc kəndidir.

Kənd sakini olan Firdovsi Həsənov AzadlıqRadiosu-na danışır ki, hadisənin üstündən iki həftədən çox ötüb, ancaq kəndlilər hələ də özlərinə gələ bilməyiblər:

«Paxla, kələm əkmişdim. Hamısı selə qarışıb getdi. İt damı itqarışıq getdi. Çarpayımız, pal-paltarımız... Heç nədən əsər-əlamət qalmayıb. 68 yaşım var, hələ kəndimizə belə sel gəldiyini görməmişdim».

Sel 14 yaşlı bir oğlanı, xeyli xırdabuynuzlu mal-qaranı aparmış, amma oğlanı xilas etmək mümkün olmuşdu.

Sakin hesab edir ki, bir-birinin ardınca kəndləri sel basmasının təqsiri hökumətdədir:

«Bəndlər çəkilməlidir. Axar suların istiqaməti olmalıdır ki, belə anlarda insanlar selin, suyun altında qalmasın. Kənddə hələ də içməli su problemi var. Çirkab sular içməli suya qarışıb».

Buna da bax:​ Gəncə çayı daşıb, evləri su basıb

«ARAŞDIRILACAQ»

Azyaşlıların da olduğu ailə üzü soyuqlara çarəsiz qalıb.

Azyaşlıların da olduğu ailə üzü soyuqlara çarəsiz qalıb.

Ördüc kənd icra nümayəndəliyindən «Qaynar xətt»ə bildirilib ki, kənddə baş verən təbii fəlakətlə əlaqədar fəsadların aradan qaldırılması üçün rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi xeyli iş görüb. Yaşayış yerlərinə dolan sular xüsusi texnikayla çəkilib, kəndlilərə dəymiş zərərlər hesablanıb. Firdovsi Həsənov adlı kənd sakininin problemi də araşdırılacaq.

Buna da bax:​ "Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]

Eyni gündə Ördüclə yanaşı rayonun Xaltan və Utuq kəndlərinə də güclü leysan yağışları yağmışdı. Ördücdən fərqli olaraq, həmin kəndlərin sakinləri ciddi fəsad və itkilərlə üzləşməyib.

XS
SM
MD
LG