Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:46

Əziz Orucovun da anası pensiya kartından pul çıxara bilmir


Əziz Orucov ailəsi ilə birlikdə
Əziz Orucov ailəsi ilə birlikdə

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun ailə üzvlərinin bank və pensiya kartlarına məhdudiyyət qoyulduğu bildirilir. Bunu Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova açıqlayıb. Onun sözlərinə görə, bunu təsadüfən bilib: "Dünən, dekabrın 20-də bir dostumuz kartıma bir az pul göndərib ki, Əzizin yanına gedəndə bir balaca bazarlıq edim. Elə dünən pul çıxarmaq istəyəndə gördüm ki, kartdan istifadə edə bilmirəm. Banka müraciət etdim, bu gün mənə rəsmi cavab gəlib ki, Səbail rayon Polis İdarəsinin istintaq şöbəsindən daxil olan müraciət əsasında karta blok qoyulub".

"İki azyaşlı uşağımız var..."

O, Ə.Orucovun anasının pensiya kartından da istifadə edə bilmədiklərini vurğulayıb: "İstintaq şöbəsi hər ikimizin kartına blok qoyub. İki azyaşlı uşağımız var, onları indi necə dolandıracağımı bilmirəm. İstintaqın bu qərarına görə məhkəməyə müraciət edəcəm".

L.Çerpanova bildirib ki, bu gün, dekabrın 21-də istintaq təcridxanasında həyat yoldaşı ilə görüşüb: "Əziz bəyin saxlanma şəraitindən narazılığı yoxdur, nigaranlığı təkcə bizə görədir. Əziz bəy yeni ittihamla da razılaşmır və bunu öz jurnalist fəaliyyəti ilə əlaqələndirir".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlama

Əziz Orucov noyabrın 27-də saxlanıb, onun evində və "Kanal 13"ün ofisində axtarış aparılmışdı. Daha sonra ona CM-in 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti...) maddəsi ilə ittiham verilərək haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan ona əlavə, qaçaqmalçılıq ittihamı irəli sürülüb.

XS
SM
MD
LG