Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Facebook profillərini 5 dəqiqəyə ələ keçirmək olurmuş


Haker
Haker

-

Facebook sosial şəbəkəsi son günlər təhlükəsizlik boşluğu ilə gündəmə gəlib.

Boşluq istifadəçilərin hesabını 5 dəqiqəyə ələ keçirməyə imkan verir.

Təhlükəsizlik qüsurunu Hindistanda yaşayan haker Anand Prakash tapıb. O, problemi Facebook-a bildirərək 150 min dollar mükafat qazanıb. Anand əvvəllər də sosial şəbəkədən mükafat alıb.

HESABLAR BELƏ ƏLƏ KEÇİRİLİB

Əslində, əməliyyat çox sadədir. Elektron poçt bilgilərindən xəbərdar şəxs beta.facebook.com saytına daxil olur. «Şifrəmi unutdum» addımını seçir, bu zaman 6 işarəli kod elektron poçt ünvanına və ya telefon nömrəsinə SMS-lə göndərilir.

Daha sonra sadə bir proqramla bütün rəqəmsal seçimlər sınanır və doğru şifrə tapılır. Sonra şifrə dəyişdirilir və hesab ələ keçirilir.

Facebook bu boşluğu aradan qaldırıb və bloqunda hakerin videosunu yayaraq hesab hack-lamağın nə qədər sadə olduğunu göstərib.

XS
SM
MD
LG