Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

Fəhlələr pullarını ala bilmirlər


İllüstrasiya (©Shutterstock)
İllüstrasiya (©Shutterstock)

►"Mənə söhbət lazım deyil, pul lazımdı"

"AzərSənaye İnşaat" şirkətinin Tbilisi prospektində məcburi köçkünlər üçün tikdiyi binanın bir qrup fəhləsi əmək haqqını ala bilmədiyini deyir. Bu barədə AzadlıqRadiosuna orada işləyən fəhlələrdən Ramin Şirməmmədov məlumat verib.

Onun sözlərinə görə, təxminən 10-15 fəhlə maaş almayıb:

"Tbilisi prospektində məcburi köçkünlər üçün tikilən binada fəhlə işləyirəm. Bizə işlədiyimiz hər gün üçün 15 manat ödəyəcəkdilər. İşə başlayanda dedilər ki, “həftədə bir dəfə sizə maaş verəcəyik”. Amma bir gün 5, bir gün 10 manat verib bizi aldatdılar. 50 manata qədər pul veriblər, 80 manatdan çoxu isə qalıb. İşə qəbul olunanda nə sənəd təqdim etmişik, nə də müqavilə bağlamışıq. Sadəcə, ailəmizə çörəkpulu qazanmaq üçün işləyirik. Evdə xəstə var, uşaq var, ona görə də işləmək məcburiyyətindəyik" .

Buna da bax: Rus əsgərinin hərəkəti Türkiyəni qəzəbləndirdi

Təxminən 2 həftədir orada işlədiyini deyən Ramin bildirib ki, pulunu almaq üçün hər gün səhər tezdən tikinti sahəsinə gedir:

"Hacı Zeynalabdin qəsəbəsində yaşayıram. Bura gələnə kimi 1 manat 40 qəpik yolpulu verirəm. Elə alacağım pulun çoxunu yola xərcləmişəm. Hər gün ora getməyimə baxmayaraq, hələ heç bir nəticə yoxdur. Elə deyirlər, “get, saat 6-da gələrsən, söhbət edərik”. Mənə söhbət lazım deyil, pul lazımdı. İşlədiblər, indi də pulumuzu vermirlər".

Dekabrın 7-də rəhbərliklə görüşdüyünü deyən şikayətçi bildirib ki, fəhlələrdən bəzilərinin pulunun bir hissəsini veriblər və deyiblər ki, qalanı da bir neçə gün sonra ödənəcək.

XS
SM
MD
LG