Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:48

Fərid Səfərli casus olmadığını deyir


Fərid Səfərli
Fərid Səfərli

Almaniyada təhsil alan və bu ilin martında İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərli ittihamları rədd edir.

Bunu AzadlıqRadiosuna onun anası Dilarə Əsgərova deyib. Onun sözlərinə görə, o, bugünlərdə oğlu ilə telefonla danışa bilib: "Mənə dedi ki, yaxşıdır, ürək-dirək verdi. Qətiyyətlə dedi ki, heç bir günahı yoxdur və ittiham üçün heç bir əsas olmadığını vurğuladı".

D.Əsgərova əlavə edib ki, Azərbaycan dövləti oğlunun işi ilə ciddi məşğul olur: "Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Ola bilsin ki, artıq vəkil təyin olunub. Azərbaycanın İrandakı Konsulluğundan Fəridlə əlaqə saxlanılır. İnanıram ki, Fəridlə bağlı ədalətli qərar veriləcək".

Bakıda İran səfirliyi qarşısında etiraz
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Anası: "Ağır ittihamdır"

D.Əsgərova, bununla belə, ittihamın detallarından xəbərsiz olduğunu bildirib: "Bilmirəm Fəridi hansı ölkəyə casusluqda ittiham edirlər. Amma ağır ittihamdır. Hətta asmaq cəzası da verilə bilər".

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışmaq mümkün olmayıb. Nazirlik bundan əvvəl bildirilmişdi ki, məsələ ilə bağlı müraciət onlara martın 9-da daxil olub: "Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb…".

Almaniyada təhsil alan F.Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana getdiyi deyilir.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib.

Bu deyilənlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən də münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG