Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:50

Fransa səfiri: 'Qarabağ ermənilərinin geri qayıtmaq hüququ pozulur'


Olivye Dekotinyi
Olivye Dekotinyi

Dağlıq Qarabağ ermənilərinin beynəlxalq məhkəmədə tanınan geri qayıtmaq hüququ pozulur.

Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi özünün X səhifəsində yazıb.

"Hazırda Stepanakertə (Xankəndi) gedən yol bağlıdır. Doqquz aylıq mühasirə və Azərbaycanın amansız hücumundan sonra Dağlıq Qarabağın 100 min ermənisi öz evlərini tərk etmək məcburiyyətində qalıb. Onların Beynəlxalq Ədalət Məhkəməsində tanınan geri qayıtmaq hüququ bu gün pozulur", - səfir bildirib.

Ötən ilin sentyabrında rəsmi Bakı Qarabağda bir günlük əməliyyat keçirib. Bakı bunu "antiterror" əməliyyatı, rəsmi Yerevan "etnik təmizlənmə" adlandırıb. Ondan sonra Qarabağdan erməni əhalisi köç edib. Rəsmi Bakı bununla bağlı rəqəm açıqlamır. Ermənistanda isə onların sayının 100 mindən çox olduğu bildirilir. Amma ermənilərdən bəzi şəxslərin hələ də orda qaldığı deyilir. BMT missiyası ötən ilin oktyabrında açıqladığı hesabatında onların sayını 50-1000 arasında göstərmişdi.

2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın "Ermənistan Azərbaycana qarşı" işi üzrə 5 saylı vəsatətini təmin edib. Azərbaycanın üzərinə sentyabrın 19-dan sonra Dağlıq Qarabağdan getmiş şəxslərin, - əgər belə hüquq və istəkləri varsa, - geri qaytarılmasını təmin etmək öhdəliyi qoyulub. Üstəlik, Azərbaycan bunu tez, təhlükəsiz və maneəsiz etməlidir.

Ötən il Azərbaycan inteqrasiya planını təqdim etmişdi. Rəsmi Bakı əmin edir ki, öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin hüquqlarını digər vətəndaşlarla bərabər şəkildə qorumağa sadiqdir.

'Ermənilər geri qayıtmasa, qisasçılıq artacaq' - Ermənilərin Qarabağa dönüşü təklifləri #İzahla
Gözlə

No media source currently available

0:00 0:13:56 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

XS
SM
MD
LG