Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Çadırımızın üstündə pişiklər, altında siçovullar balalayır


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

“Dəfələrlə “Qaçqınkom”a yazmışıq, hər dəfə nümayəndələri gəlir, çadıra baxır, başlarını bulayırlar, “belə yaşayış olmaz” deyib gedirlər.

Sonra da rəsmi cavab gəlir ki, “gözləyin, hələ sizi evlə təmin etməyə imkan yoxdur”

“İllərdir ki, çadırımızın üstündə pişiklər, altında siçovullar balalayır. Böyüyürlər, ətə-cana gəlirlər, nəsil artırırlar. “Qaçqınkom”sa hələ də bizi bu əzabdan qurtarmaq istəmir”.

Bakının Nizami rayonu ərazisində Yenikənd küçəsi 12/13 ünvanında bir mebel sexi var. Həyətində də 22 il əvvəl qurulmuş, üstü pişiklərin, altı Mustafayevlər ailəsi ilə siçovulların məskunlaşdığı çadır...

“SƏHƏR AYILIRIQ Kİ, SİÇOVUL BALALAYIB”

Füzuli rayonundan köçkün düşmüş ailənin sahibəsi Hürü Mustafayeva deyir ki, 6 nəfərlik ailə çadırdan həm yataq, həm qonaq otağı, həm də mətbəx kimi istifadə edir. Yayı bir cür, qışı başqa cür əziyyətlərlə yola verirlər:

Səhər ayılırıq ki, yenə siçovul balalayıb, döşəmə barmaq boyda siçovul balalarıyla doludur. Bir də görürsən, taxtaların altında siçovul ölür, üfunət aləmi götürür. Çıxardıram taxtaları tökürəm çölə, çadırın içərisini xlorlayıram. Belə şəraitdə bizim axırımız necə olacaq?

“Qışı başımıza yağış tökə-tökə, yayı özümüzü ilandan, əqrəbdən qoruya-qoruya keçirdirik. Bir az istilər düşəndə əşyaları, çarpayıları, mətbəxi çölə çıxardırıq. Çadırdakı havasızlıqdan, nəmişlikdən xəstəlik tapmışıq. Gecə yatırıq, səhər ayılırıq ki, yenə siçovul balalayıb, döşəmə barmaq boyda siçovul balalarıyla doludur. Bir də görürsən, taxtaların altında siçovul ölür, üfunət aləmi götürür. Çıxardıram taxtaları tökürəm çölə, çadırın içərisini xlorlayıram. Belə şəraitdə bizim axırımız necə olacaq?”

Hürü xanım azyaşlı nəvəsinin xəstəlik tapdığını deyir.

“Elif xəstəlik tapıb. Hamısı şəraitsizlikdən, natəmizlikdən... İndi onun əlində dəftər-kitab olmalıdır, fikrini elmə, təhsilə yönəltməlidir, ancaq günü siçan-siçovul güdməklə keçir. Çox narahatıq. Müalicəsinə də imkanımız çatmır”.

“22 İLDİR GÖZLƏYİRİK”

Hürü xanım deyir, çarəsiz durumdadırlar. Ancaq bu çarəsizlik özlərindən başqa heç kəsi narahat etmir.

“Dəfələrlə “Qaçqınkom”a yazmışıq, hər dəfə nümayəndələri gəlir, çadıra baxır, başlarını bulayırlar, “belə yaşayış olmaz” deyib gedirlər. Sonra da rəsmi cavab gəlir ki, “gözləyin, hələ sizi evlə təmin etməyə imkan yoxdur”. 22 ildir gözləyirik. Daha gözləməyə nə səbrimiz, nə də sağlamlığımız qalmayıb”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ailənin müraciətlərinə bir neçə dəfə rəsmi cavab məktubu yollayıb.

Bir azdan qış çadırımızın olmayan qapısını döyəcək, yenə dizlərimizi qucaqlayıb səhərə qədər dona-dona Allahdan yaşamağa möhlət, məmurların ürəyinə rəhm salmasını istəyəcəyik... Yenə boş-boş yazışmalar, yenə ümidsiz, soyuq cavablar... Yorulmuşuq... Yaşamaqdan yorulmuşuq...

Bildirib ki, prezidentin 21 fevral 2011-ci il tarixli sərəncamı ilə Dövlət Proqramına təsdiq edilmiş “Əlavələr”in icrasını təmin etmək üçün Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi ayrılıb. Hündürmərtəbəli yaşayış binalarından ibarət qəsəbənin tikintisinə başlanılacaq. Tikinti işləri başa çatdıqdan sonra bu ailənin də ağır yaşayış şəraiti nəzərə alınaraq mənzillə təmin olunması məsələsinə baxılacaq.

GÖZLƏMƏYƏ TAQƏT QALMAYIB

Ötən ilin martında Komitənin sədri Əli Həsənov da Qobu yaşayış şəhərciyi ilə bağlı danışıb. O, bildirib ki, “Qaçqınkom” “Qobu” yaşayış şəhərciyinin layihələndirilməsi ilə məşğuldur. 2015-ci ildə şəhərciyin infrastrukturunun, 2016-ci ildən isə həmin ərazidə binaların tikintisinə başlanılacaq.

Mustafayevlər ailəsi isə deyir, bıçaq sümüyə dirənib. Artıq gözləməyə taqət də qalmayıb.

“Bir azdan qış çadırımızın olmayan qapısını döyəcək, yenə dizlərimizi qucaqlayıb səhərə qədər dona-dona Allahdan yaşamağa möhlət, məmurların ürəyinə rəhm salmasını istəyəcəyik... Yenə boş-boş yazışmalar, yenə ümidsiz, soyuq cavablar... Yorulmuşuq... Yaşamaqdan yorulmuşuq...”, - deyir Hürü ana.

XS
SM
MD
LG