Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:58

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Hüquqqları Məhkəməsi Azərbaycan hökumətini cərimələdi.

Məhkəmə oktyabrın 8-də 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı deputatlığa namizəd Fuad Qəhrəmanlı, Namizəd Səfərov və Zəlimxan Məmmədlinin işini araşdıraraq onların xeyrinə qərar çıxarıb.

Qərara əsasən Azərbaycan hakimiyyəti mənəvi ziyana görə onların hər birinə 10 min avro məbləğində təzminat ödəməlidir.

Məhkəmə bu şikayətlərin seçki komissiyası və ya yerli məhkəmələrdə ədalətli araşdırılmadığını bildirir.

Məhkəmə həmçinin Azərbaycanın indiki seçki sistemi, əksər üzvləri hakim partiyadan olna seçki komissiyası səmərəsiz fəaliyyətdə günahlandırıb.

Qərarda bildirilir ki, Avropa Məhkəməsinin qərarlarına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanın seçki sistemində dəyişikliklərin həyata keçirilməsini diqqətdə saxlamalıdır və Azərbaycan hakimiyyətixüsusilə seçki komissiyalarında sturuktur islahatlar aparmalıdır.

Fuad Qəhrəmanlı, Zəlimxan Məmmədli və Namizəd Səfərovun həmin vaxt namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasınının nümayəndəsi Hüsenbala Mirələmov deputatseçilib və yenə də həmin dairədən YAP-ın namizədidir

XS
SM
MD
LG