Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Pulu zibilə atan kimlərdir?


►Zibillikdən 100 kilo qəpik çıxıb

...Bakının iri marketlərinin birində satıcı alıcıya borcunun 31 manat 20 qəpik olduğunu deyir.

Ödənişdən sonra alıcı çekə baxıb görür ki, əslində borcu 31 manat 21 qəpik imiş. Satıcı 1 qəpiyi ona güzəştə gedib.

Bakı sakini Nailə Dəmirova deyir ki, əsasən, ərzaq məhsullarının alış-verişində “xırda qəpik” söhbəti ortaya çıxır:

Bunu da oxu: ATƏT-dən Azərbaycanla bağlı sərt qərar

“Siz heç hardasa pal-paltar satılan mağazada, məsələn, 25 manat 12 qəpiyə paltar görmüsüz? Ən çox ərzaqdadı. O da bazarda yox, marketdə. Qara qəpiyin hörməti yoxdu. Düzü, satıcı verməyəndə, xırdamı istəməyə utanıram. Bizdə söz var axı “qəpikgüdən”.

Müsahibimiz müəllimədi, danışır ki, bir dəfə həyat yoldaşı benzindoldurma məntəqəsində 3 qəpiyini istəyəndə ordakı işçi təəccüblə onlara baxıb:

“Yoldaşım deyir ki, o, hər qəpiyini əlinin zəhməti ilə qazanır, niyə kiməsə güzəştə getməlidi?”

Buna da bax: Azərbaycan avropalıların səfərini təxirə saldı

ZİBİLLİKDƏN 100 KİLO QƏPİK ÇIXIB

Amma “qara qəpiyini” nəinki güzəştə gedən, hətta onu zibilə atanlar da var. “Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda 100 kiloqrama yaxın qəpik yığılıb.

“Təmiz Şəhər” ASC-dən APA-ya bildiriblər ki, zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasından, külli miqdarda 1, 3, 5 və 10 qəpiklik tapıblar.

Məbləğin nə qədər olduğu deməsə də, müəssisə həmin vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alacaq:

“Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib”, - “Təmiz Şəhər”dən bildirilib.

Buna da bax: ""Cənnət" həyatımızı cəhənnəmə çevirib"

“QƏPİK ƏVƏZİNƏ KİBRİT VERİRƏM"

Bakının Qaradağ rayonunda yerləşən məhəllə marketlərindən birinin sahibi Fuad Əliyev xatırlayır ki, bir neçə il əvvəl pul dəyişiləndən sonra alıcılar hətta 1 qəpiklərini belə istəyirdilər, onlar da çox vaxt soruşmadan 1 və 3 qəpiyi qaytarırdılar:

Günel Mövlud
Günel Mövlud

Getdikcə pul öldü, deyəsən, 1 qəpikliklər dövriyyədən çıxır. Gəlin kassaya baxaq, görək neçə dənə 1 qəpik var. Bir, iki, üç… 7 dənə. 3 qəpiklik çoxdur. Amma bəzən xırda qaytarmalıyam, 1 ya 3 qəpik olmayanda onda da kibrit qutusu verirəm. Çox adam da götürür. Kibrit həmişə lazım olur də…”

Bir neçə ildir ki, Gürcüstanda yaşayan yazar Günel Mövlud AzadlıqRadiosuna deyir ki, orda bütün qəpiklər dövriyyədədir:

“Dəfələrlə marketdə 1 qəpik vermişəm, hansısa satıcı buna etiraz etməyib. Ümumiyyətlə, qəpiyi, hətta 1 qəpiyi belə götürməmək burda yaxşı hal sayılmır”.

Buna da bax: Fəhlələrə deyirlər, pul yoxdu, "oyunlara xərclənib"

“NAĞDSIZ ÖDƏNİŞ XIRDA PULU QORUYACAQ”

Keçmiş millət vəkili Nazim Məmmədov deyir ki, xırda pul vahidləri ticarətdə çox vacibdir, bu, həm reklam cəlbediciliyini artırır, həm də milli valyutanın dayanıqlığını sübut edir:

“Denominasiya edilən zaman, qəpiklə qurtaran qiymətlər yuvarlaqlaşdırılaraq inflyasiyanı da artırdı. Əslində hökumət çalışmalıdır ki, nağdsız ödənişlərə keçidi daha çox stimullaşdırsın ki, xırda qəpiklər dövriyyədən çıxmasın və satıcı və alıcılar əziyyət çəkməsinlər”.

Nazim Məmmədov
Nazim Məmmədov

Nazim Məmmədov deyir ki, sovet vaxtında 1, 3, 5 qəpiyə kibrit, içməli su və s. almaq olurdu, ona görə də dövriyyədə o qəpiklərə ehtiyac yaranırdı:

“Avtobus, metro, tramvay, trolleybus marşrutları da qəpiklə işləyirdi”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, alış-veriş zamanı mağazalar çox zaman 1, 3 və 5 qəpikləri götürmür, bu da həmin qəpiklərə ehtiyacı azaldır:

“Digər səbəb də budur ki, ölkədə inflyasiya və qiymət artımı yüksək səviyyədə olduğundan, qiymətlər də çox zaman yuvarlaq olur. Məhz buna görə də çox vaxt alış-verişdə bu qəpiklərə ehtiyac duyulmur”.

XS
SM
MD
LG