Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Azərbaycanda yenə devalvasiya gözlənir- AİB


-

"Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. Əgər indiki trend qarşıdakı aylarda da davam edərsə."

Bu, Asiya İnkişaf Bankının gözləntisidir. Bankın “Asian Development Outlook 2015 Update” adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir:

“Bu ilin fevralındakı devalvasiyadan sonra dollar depozitləri az qala iki dəfə artıb”.

Bank qeyd edir ki, Azərbaycanın xarici valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu azalma Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.

Manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır. Əgər ötən ilin avqustunda Azərbaycan nefti 103.08 dollara satılırdısa, indi iki dəfədən çox ucuzlaşıb. Ölkədə inflyasiya sürətlənib. Və devalvasiya xaricdən gətirilən malların qiymətinin artmasına şərait yaratmaqda davam edəcək:

Bank xatırladır ki, hökumət qənaətə keçib:

"2016-cı ilin dövlət büdcəsi yığcamlaşdırılıb, bəzi investisiya layihələri təxirə salınıb."

Buna da bax: Avropa Şurasında Azərbaycanın məsələsinə baxılır

Amma növbəti devalvasiya ilə bağlı proqnozuna baxmayaraq bank bundan əvvəlki hesabatda Azərbaycanın inkişaf tempi ilə bağlı verdiyi proqnozu dəyişməyib.

Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Məqsədi Asiyada iqtisadi inkişafa dəstək verməkdir. Mərkəzi qərargahı Filippində yerləşən bankın nizamnamə kapitalı 55 milyard dollardır.

XS
SM
MD
LG