Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:06

Kreml BMT məhkəməsinin hökmünü rədd edir


Kanadada anti-Putin aksiyası
Kanadada anti-Putin aksiyası

Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi martın 16-da hakimlərin 13-2 nisbəti ilə hökm çıxarıb

Kreml BMT Ali Məhkəməsinin Ukraynanın hücumun dayandırılmasına dair hökmünü rədd edib. Moskva deyir ki, hökmün icrasından ötrü hər iki tərəf əməliyyatları dayandırmalıdır.

Martın 17-də jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “bu qərar nəzərə alına bilməz”.

Peskovun fikrincə, “bu iş üzrə tərəflərdən heç birinin razılığı mümkün deyil”, ona görə də hökm etibarlı sayılmır.

***

BMT-nin ən ali məhkəməsi Rusiyadan Ukraynada apardığı hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib.

Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi martın 16-da hakimlərin 13-2 nisbəti ilə səsverməsi nəticəsində çıxarılan hökmündə Rusiyanın Ukraynada törətdiyi qırğın və dağıntılardan narahatlıq ifadə olunur.

Əslində bu hökm Rusiyanın Ukraynadan şikayətinə baxılarkən çıxarılıb.

Rusiya Ukraynanı etnik rusların soyqırımında ittiham edir. Moskva Ukraynaya hərbi müdaxiləsi üçün məhz bu iddianı bəhanə edib.

Məhkəmə hökmünü oxuyan hakim Coan Donohyu deyib:

"Məhkəmə Ukraynada baş verən insan faciəsindən tamamilə agahdır…Məhkəmə Rusiya Federasiyasının Ukraynada güc işlətməsindən ciddi şəkildə narahatdır. Rusiyanın bu hərəkətləri beynəlxalq qanunun pozulmasına dair ciddi suallar doğurur”.

Moskva bu müharibədə “özünü müdafiə etdiyini” deyir

Beynəlxalq Ədalət Məhkəməsi daha bir hökmlə Moskvadan Ukrayanaya yeridilmiş bütün silahlı birləşmələrin, onların idarə olunmasının, bu fəaliyyətlə məşğul olan təşkilat və şəxslərin fəaliyyətinin dərhal dayandırılmasını tələb edir.

Məhkəmə habelə tərəfləri “vəziyyəti daha da ağırlaşdıracaq” hərəkətlərdən çəkinməyə çağırır.

Beynəlxalq Ədalət Məhkəməsinin hökmləri icra üçün icbari olsa da, Moskvanın buna məhəl qoyacağı gözlənilmir.

Moskva bu məhkəmənin yurisdiksiyasını tanımadığını və Ukraynaya hücumla “özünü müdafiə etdiyini” bildirir.

XS
SM
MD
LG