Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Yerevan '100-dək erməni hərbçinin əsir götürülməsi' barədə sorğu göndərib


Rusiya sülhməramlısı Qarabağda
Rusiya sülhməramlısı Qarabağda

Ermənistanın Müdafiə Nazirliyi dekabrın 16 da bildirib ki, Dağlıq Qarabağ separatçılarının “müdafiə ordusuna” sorğu göndərib və “erməni hərbçilərin əsir götürülməsinı əks etdirən videoların” Azərbaycan mediasında necə yayıldığına aydınlıq gətirilməsini istəyir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, nazirlik bu barədə yaxın gələcəkdə bəyanat veriləcəyini bildirib.

Azatutyun xatırladır ki, Azərbaycan mediasında yayılan xəbər və videolarda Xtsaberd və Hin Tağlar kəndlərinin tutulması zamanı 100-dək erməni hərbçinin əsir götürüldüyü iddia olunurdu.

Bundan əvvəl Azərbaycandakı sosial medialarda Dağlıq Qarabağın kəndlərində erməni hərbçilərin əsir götürülməsini iddia edən videolar yayılmışdı.

Hadrutdakı iki kənd kimin nəzarətindədir?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Hadrut rayonundakı Xtsaberd və Hin Tağlar kəndləri Rusiya sülhməramlıları tərəfındən dekabrın 15-də dərc edilmiş yeni xəritədə Erməni qüvvələrinin nəzarətindən çıxarılıb.

Bundan əvvəlki nəzarət zonası xəritəsində bu iki kəndin ərazisi mavi xətlə hüdudlanmışdı. Bu, həmin kəndlərin Rusiya sülhməramlılarının nəzarətində olduğunu göstərirdi.

Azatutyun Qarabağdakı mənbələrə istinadən yazır ki, Hadrut rayonun 50 kəndindən yalnız bu ikisi ermənilərin nəzarətində qalırdı.

Bu iki kənddə Rusiya sülhməramlıları yerləşdirilməyəcək?

Xəbər verilirdi ki, dekabrın 13-də Azərbaycanın xüsusi təyinatlıları bu kəndlərin ətrafındakı əraziyə gəliblər.

Ermənistanın baş naziri Nikol Paşinyan bu hadisəni “Azərbaycan tərəfindən Rusiya sülhməramlılarının missiyasının dəyərdən salınmasına yönəlmiş təxribat” adlandırmışdı.

Azatutyun yazır ki, “Rusiya sülhməramlıları bu iki kənddə yerləşdirilməmişdi, indi isə xəritədən bəlli olur ki, ümumiyyətlə yerləşdirilməyəcək”.

Xəbərdə Hadrut rayonun separatçı icra başçısına istinadən vurğulanır ki, sözü gedən “iki kəndi yalnız erməni qüvvələrinin gücü ilə saxlamaq mümkün deyil”.

İcra başçısı deyib ki, hazırda Xtsaberddə Rusiya sülhməramlıları, Hin Tağlarda isə Azərbaycan silahlı qüvvələri var.

Paşinyan Azərbaycan və Türkiyə ilə ortaq dil tapmağa çağırır, reallaşa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Ziyarət dağı

Erməni tərəfi bildirir ki, Xocavənd rayonu ərazisindəki Ziyarət dağını azərbaycanlılar nə 1990-cı illərdə, nə də indiki müharibədə ala bilməmişdilər, amma indi “hansısa anlaşılmaz razıalşmaya görə” ermənilər bu yüksəklikdən çıxarılır.

Ziyarət — Xocavənd rayonu ərazisində hündürlüyü 2480 metr olan dağdır.

Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində Dizayart kimi adı çəkilir. Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilmişdir.

Onun dəfn edildiyi məbəd azərbaycanlıların arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu məbədə görə Ziyarət dağı adlandırılıb.

XS
SM
MD
LG