Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:37

HRW COP29 öncəsi insan haqları çağırışı edir


COP29 iqlim sammiti
COP29 iqlim sammiti

BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında (COP29) iştirak edən hökumətlər insan haqları öhdəliklərini yerinə yetirməlidirlər. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı sentyabrın 24-də yaydığı sual-cavab sənədində bildirib. Qurum həmin öhdəliklər sırasında mədən yanacağından tarazlı şəkildə, konkret zaman çərçivəsində, hüquqlara sayqı əsasında uzaqlaşmağı da qeyd edir.

COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

2025-ci ildə emissiyaların azaldılmasını hədəfləyən hökumətlər milli iqlim planlarını elə hazırlamalıdırlar ki, qlobal istiləşmə 1.5 Selsi həddində məhdudlaşdırılsın. Mədən yanacağı istehsalını artırmaqla bağlı istənilən plan bu hədəfə uyğun deyil, - "Human Rights Watch" bildirir.

Üçüncü ildir...

"Artıq üçüncü ildir ki, COP azad söz və sərbəst toplaşma azadlığını kəskin məhdudlaşdıran repressiv ölkədə keçirilir", – "Human Rights Watch"un ətraf mühit üzrə aparıcı təmsilçisi Mirto Tilianaki deyib.

"Bərabər və ambisiyalı iqlim hərəkəti üçün müstəqil səslərin mənalı iştirakı vacibdir –Azərbaycanda COP29-a qatılan hökumətlər bu haqda aydın mesaj verməlidirlər", – o vurğulayıb.

HRW qeyd edir ki, Azərbaycandakı avtoritar hökumət tənqidi səslərə dözümsüz yanaşır, son aylar müstəqil jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına divan tutub. Qanunsuz saxlananlar arasında Azərbaycanın neft-qaz sektorunu tənqid edən antikorrupsiya fəalı, COP29 ərəfəsində azadlıqları, ətraf mühit üçün ədalətlə bağlı təşəbbüsün əsasını qoyan insan haqları fəalı da var.

Qurum onu da bildirir ki, hökumətin müstəqil aktivizmə ədavəti vətəndaş cəmiyyəti qruplarının COP29-da mənalı iştirakı ilə bağlı suallar yaradır.

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Mədən yanacağı hasilatı artırılmamalıdır

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin 52 faizini, ixrac gəlirlərinin 90 faizini neft-qaz gəlirləri təşkil edib. Apreldə COP29-a hazırlıqla bağlı yüksək səviyyəli görüşdə prezident İlham Əliyev qaz hasilatının genişləndirilməsi planlarını açıqlayıb. Bunun, əsasən, Avropa İttifaqının bazar tələblərinə uyğun aparıldığı bildirilir.

"Hökumətlər Azərbaycana imkan verməməlidirlər ki, COP29-a ev sahibi kimi mövqeyindən istifadə edərək mədən yanacağı hasilatını genişləndirsin, iqlim böhranının önlənməsi, insan haqlarının qorunması uğrunda səylərə zərbə vursun", – Tilianaki deyib.

Prezident Əliyev isə ölkədə karbohidrogen yataqlarının işlənməsinin əhəmiyyətini dəfələrlə vurğulayıb. "Təsəvvür edin, əgər o vaxt bu müqavilə imzalanmasaydı, yaxud ondan iki il keçməmiş "Şahdəniz" üzrə müqavilə imzalanmasaydı, bu gün həm biz, həm də bizim qazımızdan bəhrələnən, ondan öz enerji təhlükəsizliyində istifadə edən ölkələr hansı çətinliklərlə üzləşəcəkdilər? Yəni, o, qlobal təfəkkürün və müdrikliyin təzahürü idi", – o, çıxışlarının birində 1994-cü ildə imzalanmış, "Azəri"-"Çıraq"-"Günəşli" neft yataqlarının işlənməsi üzrə "Əsrin müqaviləsi"ndən danışarkən deyib.

Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının pozulması barədə tənqidləri qəbul etmir, fərdlərin konkret cinayətlərə görə saxlanıldığını bildirir.

Amma ötən ilin noyabrından 20-yə yaxın jurnalist, ictimai fəal, əsasən, qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onlar ittihamları qurama sayır, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

XS
SM
MD
LG