Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:46

20 il Qəhqəhə Qalasında məhbus qalan II Şah İsmayıl


II Şah İsmayıl (sağdakı) və Məlik şah Rüstəm (soldakı)
II Şah İsmayıl (sağdakı) və Məlik şah Rüstəm (soldakı)
Qəhqəhə Qalasındakı hökmdar
Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

AzadlıqRadiosunun «İz» proqramı bu həftə Azərbaycan tarixinin parlaq olduğu qədər də ziddiyyətli bir dövrünə- Səfəvilər dövrünə həsr olunmuş «Ölüm mələyi» verilişini təqdim edir.

Verilişdə yazıçı Mustafa Çəmənli Səfəvilər dövrü barədə yazdığı romandan danışır və aparıcının suallarını cavablandırır.

Yazıçının romanda «ölüm mələyi» adlandırdığı adam Şah Təhmasibin oğlu II Şah İsmayıldır...

-Romanda yazıçı hansı tarixi qaynaqlardan yararlanıb?

-Yazıçının yanaşma tərzi və baxış bucağıyla sovetlər dönəmində yazılan tarixi romanların arasında hansı köklü fərqlər var?

- Şah İsmayılın, Şah Təhmasibin tarixdəki gerçək obrazı necə olub? Türkiyənin «Möhtəşəm yüzil» serialındakı kimi, yoxsa necə?

-Tariximiz və onun öyrənilməsindəki boşluğu necə doldurmaq daha doğrudur - kitablarla, yoxsa hamıya daha çatımlı olan seriallarla?

- «Ölüm mələyi»ndən bir Azərbaycan serialı çəkmək olarmı?

-Yazıçı romanda Şah Təhmasibin hakimiyyətə gəlişini, saray çəkişmələrini, edam səhnələrini, II Şah İsmayılın Qəhqəhə Qalasına salınma səbəblərini işıqlandırarkən, tarixi gerçəklərlə bədii əsər arasındakı mütənasibliyi necə qoruyub?

-Səfəvilər dövrünə aid tarixi qaynaqlar yetərincədirmi?

-Və nəhayət, tarixə sevgini necə yaradaq və tarixi hansı qaynaqlardan öyrənək?

Bu və başqa sualların cavabı iyulun 10-da - bazar günü saat 23-də efirə gedəcək «İz» proqramında.

«İz»ə düşün, Azərbaycan tarixinin inanılmaz olaylarından xəbər tutun.

XS
SM
MD
LG