Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

Yeni İpoteka Fondu yaradılır


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Səhmləri dövlətə məxsus olan “İpoteka Fondu” ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Nazirlər Kabinetinə 1 ay müddətinə fərmanda nəzərdə tutulan tədbirlərlə bağlı təkliflər hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Mərkəzi Bank, Maliyyə Nazirliyi,Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan hökuməti bundan əvvəl ipoteka faizlərinin azaldılması da daxil olmaqla şərtlərin asanlaşdırılacağını və ipoteka vəsitlərinin artırılacağını vəd edib.

XS
SM
MD
LG