Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:27

İran-Azərbaycan: Təlimə təlim, ittihama ittiham...


'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'
Gözlə

No media source currently available

0:00 0:09:05 0:00

'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'

İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda iddia olunur ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır.

Bu hücuma görə məsuliyyəti öz üzərinə "İslam Dövləti" ekstremist təşkilatı götürmüşdü. Hadisəyə görə 26 nəfərin həbs edildiyi açıqlanıb.

İrandan ittiham

Noyabrın 7-də verilmiş bəyanatda deyilir ki, hücuma rəhbərliyi Azərbaycan vətəndaşı edib və o, hücumun əsas fiqurudur: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Azərbaycanın rəsmi qurumları, hələlik, bu açıqlamaya münasibət bildirməyiblər.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Azərbaycandan…

Amma bundan bir həftə öncə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bəyan etmişdi ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub. Məlumata görə, ittiham olunan şəxslərdən birinin İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılan, üzərində dini şüarlar yazılmış köynəklərin rayonlarda planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə şübhələr yaranıb.

Elə dünən, noyabrın 7-də də DTX əlavə olaraq bildirirdi ki, ölkənin Naxçıvan bölgəsində vəziyyətlə bağlı sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatlarla bağlı araşdırma başlanıb: "…İranın Naxçıvan Xalq Hərəkatı adından, guya, Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İranın tərkibinə qatılmaq istəməsi,…barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayılıb".

Nə bu, nə də bundan əvvəlki açıqlamaya da, hələlik, İranın Azərbaycandakı səfirliyindən hər hansı münasibət bildirilib. Bu arada İran mətbuatında yazılanlara görə, bu ölkənin parlament sədrinin Azərbaycana planlaşdırılan səfəri də təxirə salınıb.

H.Babaoğlu
H.Babaoğlu

"İran sərhəddə hərbi təlimlərə başladı"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu "Turan"a deyib ki, Azərbaycanın yaratdığı yeni reallıq qonşu İranda qısqanclıqla qarşılanır: "Biz 44 günlük Vətən müharibəsi, ondan sonrakı postmüharibə dövründə kommunikasiyaların açılması, sülhün qurulması ilə bağlı İranda hazırkı hakimiyyətin ardıcıl mülayim addımlarını görmədik. Tam əksinə, İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı, kommunikasiyaların açılması ilə bağlı İranın rəsmiləri çox kəskin mövqe ortaya qoydular".

"Kənarda azərbaycanlıların hüquqları bizim məsələmizdir"

Deputat vurğulayıb ki, hazırda İranda baş verən hadisələr (etirazlar) İranın daxili işləridir: "Amma bunlar nə qədər İranın daxili işi hesab edilsə də, İran ərazisində 35 milyon azərbaycanlı yaşayır və onların taleyinə, şübhəsiz ki, Azərbaycan laqeyd qala bilməz. Azərbaycan prezidenti qeyd etdi ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların hüquqları və azadlıqları həm də bizim məsələmizdir".

O hesab edib ki, İranda azərbaycanlıların hüquqlarının, o cümlədən təhsil hüquqlarının qorunması aktuallaşmalıdır və Azərbaycan buna dəstək verməlidir.

İ.İsmayıl
İ.İsmayıl

"İran bu cavabı gözləmirdi"

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, vəziyyətin gərginləşməsinin ilkin mənbəyi İrandır: "İran dəfələrlə münasibətləri gərginləşdirib, bu vaxta qədər biz səbirlə dözmüşük, illər ərzində yüngül cavablar vermişik".

Ekspertin sözlərinə görə, bu dəfə isə İran Azərbaycanı artıq hədələyib: "50 minlik qoşunu Azərbaycanla sərhədə çıxartdılar, bizi hədələdilər ki, istənilən vaxt biz Arazın bu üzünə keçə bilərik. Ona görə də Azərbaycanın cavabları oldu və cavablar səbir kasasının daşıması deməkdir".

İ.İsmayıl hesab edir ki, Azərbaycan tərəfindən verilən cavab iki ölkə arasında gərginliyi azaldacaq: "Çünki İran bu cavabı gözləmirdi. Elə bilirdi ki, həmişə onun sözü keçəcək. İndi isə görür ki, keçmir. Bundan sonra da İran vəziyyəti gərginləşdirsə, bataqlığa özü düşəcək. Dünya İranı terroru maliyyələşdirən bir ölkə kimi tanıyır. İranın Azərbaycanla bağlı perspektivi yoxdur".

İranın mövqeyi

Bu fikirlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma səfirlik bundan əvvəl oktyabrın 17-də sərhəddə keçirdikləri təlimlə bağlı məlumat yaymışdı ki, bu barədə Azərbaycan məlumatlandırılıb. Səfirliyin açıqlamasına görə, Azərbaycan və İran arasında münasibətlərin gərginləşməsində maraqlı olan kənar qüvvələr var.

Üstəlik, İran rəsmiləri terroru maliyyələşdirmələri ilə bağlı ittihamları əsasız sayır, öz vətəndaşlarını terror qurbanları sayırlar.

XS
SM
MD
LG