Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

İranda etirazlar: ‘Top rejimin həyətindədir’


Azərbaycanlıların İrandakı ayətullahları mərceyi-təqlid seçməsi nə deməkdir?
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

Azərbaycanlıların İrandakı ayətullahları mərceyi-təqlid seçməsi nə deməkdir?

"Bu etirazlar İranın ictimai hərəkatlarında, o cümlədən qadın hərəkatında bir dönüş nöqtəsidir"

Son günlər İrandan gələn videolarda qadınların qorxmadan baş örtüklərini çıxarıb yandırdıqları, kişilərinsə onları alqışladıqları görünür. İctimai şəkildə saçını kəsənlər də var, “Diktatora ölüm!” şüarı səsləndirənlər də. Küçədə kişilər və qadınlar birlikdə təhlükəsizlik qüvvələrini qovaraq geri çəkilməyə məcbur edirlər.

İranda 22 yaşlı gənc qadının paytaxtda əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatının ardınca başlayan xalq üsyanı davam edir.

Məhsa Əmininin ölümü xalqı qəzəbləndirib. Xalq dövlətin qadınlara qarşı qırx illik zorakılığına və azadlığın məhdudlaşdırılmasına qarşı mübarizə aparır. Etirazçıların arasında İslam respublikasının ləğvini tələb edənlər də var.

Polisin həbsindən 3 gün sonra

Əmini Tehranda əxlaq polisi tərəfindən saxlanaraq “tərbiyə edilmək” üçün polis məntəqəsinə aparılmasından 3 gün sonra, sentyabrın 16-da xəstəxanada dünyasını dəyişib.

Polis onun qəfil infarkt keçirdiyini deyir və qadının başından zərbələr aldığı barədə iddiaları rədd edir. Əmininin anası AzadlıqRadiosunun fars xidməti olan Radio Fərda-ya qızının tam sağlam olduğunu bildirib.

Təhlilçilər Əmininin vətəni, Kürdüstan əyalətindəki Sağez şəhərində baş qaldıran və sürətlə ölkənin onlarla şəhər və kəndinə yayılan etirazların İslam respublikasının son bir neçə ildə üzləşdiyi ən ağır çətinliklərdən biri olduğunu deyirlər. Etirazlar hətta Kiş adası və şiələrin müqəddəs şəhəri sayılan Quma da yayılıb.

2019-cu ildə yanacaq qiymətlərinin qəfil qalxması da qısa müddətdə siyasi etirazlara və dini istəblişmentin devrilməsi ilə bağlı çağırışlara yol açmışdı.

Görünməmiş birlik

Nyu Yorkda fəaliyyət göstərən İranda İnsan Haqları Mərkəzinin (CHRI) icraçı direktoru Hadi Gaemi AzadlıqRadiosuna deyib ki, hadisələrin gedişatı hökumətin etirazları necə yatırmasından və beynəlxalq ictimaiyyətin İranı nə dərəcədə diqqət mərkəzində saxlamasından asılıdır. Onun sözlərinə görə, dünya ictimaiyyəti İranı diqqət mərkəzində saxlayacağı halda bu ölkədə kütləvi insan haqları pozuntuları üstüörtülü qalmayacaq.

“Başqa bir şəhərdən gəlib Tehranı ziyarət edən gənc qadın polis tərəfindən qorunmalı olduğu halda polis tərəfindən tutulub, xəstəxanalıq olub və ölüb. Qadınlara qarşı zorakılıqla bağlı bu qədər geniş yayılmış birliyə heç vaxt şahid olmamışam”, – İranda yaşayan siyasi fəal və jurnalist Mohammad Sadeğ Cavadihessar Məşhəddən telefonla Radio Fərda-ya deyib.

Hicab qaydası İslam respublikasının əsas sütunlarından biri olduğundan İranın onu ləğv etməsi ehtimalı çox azdır. Ancaq Cavadihessar deyir ki, əxlaq polisi güclü ictimai təzyiq və hicab qaydasının ləğvi tələbləri fonunda öz taktikasına yenidən baxa bilər.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

Divantutma

Hökumət vaxtaşırı zorakı hal alan etirazları yatırmaq üçün çox sayda təhlükəsizlik qüvvəsi cəlb edib və interneti demək olar tamamilə kəsib.

“Amnesty International” sentyabrın 21-ində artıq 8 ölüm hadisəsini qeydə aldığını bildirib. Onlardan altısı kişi, biri qadın, biri isə uşaqdır. Bu insanların dördünün təhlükəsizlik qüvvələri tərəfindən yaxın məsafədən metal güllələrlə vurulduğu bildirilir.

Hökumət televiziyası isə sentyabrın 22-də etirazlar zamanı 17 nəfərin öldüyünü xəbər verib. Onların arasında həm etirazçılar, həm də polislərin olduğu bildirilir. Təhlükəsizlik qüvvələrinin dörd əməkdaşının öldürüldüyü xəbərləri də gəlir.

Sentyabrın 21-də İran paytaxtında bir neçə nəfər AzadlıqRadiosuna telefonlarından internetə girə bilmədiyini deyib. İnsanlar İranda bloklanmayan çox az sayda sosial media platformalarından biri olan “Instagram” və “WhatsApp”ə də daxil ola bilmirlər.

Kirayə evlər 16 faizədək bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Dönüş nöqtəsi

"Qadın, həyat, azadlıq”, habelə “ədalət, azadlıq, istəyə görə hicab” etirazçıların səsləndirdiyi şüarlardandır.

İranda yaşayan bir neçə aktrisa sosial mediada özlərinin baş örtüksüz fotolarını paylaşıblar. Onlar bu hərəkəti bundan sonra bu ölkədə aktyorluq fəaliyyəti ilə məşğul ola bilməmək riskini anlayaraq ediblər. Aktrisalardan biri Əmininin ölümünə etiraz əlaməti olaraq öz saçlarını qırxıb.

Tanınmış qadın haqları fəalı və tədqiqatçısı Mansure Şocaeyi deyir ki, bu etirazlar İranın ictimai hərəkatlarında, o cümlədən qadın hərəkatında bir dönüş nöqtəsidir.

"Mizoginist istəblişmentin hakimiyyəti altındakı 40 ildən sonra bu hərəkat ən feminin və ən mədəni şüarı səsləndirir. Bu şüar Tehrandan Kürdüstana qədər qadınları və kişiləri birləşdirir”, - Şocaeyi Radio Fərda-ya müsahibəsində deyib.

Proqnozlar

Parisdə yaşayan təhlilçi Reza Alicani deyir ki, bir çox iranlılar seçki qutularından üz döndərərək dini hakimiyyətdən narazılıqlarını və qəzəblərini ifadə etmək üçün küçələrə üz tutublar. Ölkənin dini rejimi isə dəfələrlə etirazlara zorakılıqla cavab verib. 2019-cu ildə etirazlar zamanı yüzlərlə insan qətlə yetirilib.

"Hələlik, belə bir şey yoxdur, ancaq tətillər də başlaya bilər. İndi top rejimin həyətindədir. O ya geri çəkilib cəmiyyətin tələblərinə boyun əyə bilər, ya da insanlar xalq inqilabı yolu ilə onu devirəcəklər. Dünya tarixi bunu göstərib və İslam respublikası da istisna deyil”, – Alicani radioua deyib.

Az qala hər gün davam edən küçə nümayişləri ölkədə iqtisadi durumun pis olduğu bu dövrdə hökumətin üzərinə əlavə yük qoyur.

Etirazlar həm də 2015-ci il nüvə razılaşmasının bərpası yönündə danışıqların dalana girməsi fonunda baş verir. Bundan başqa, ölkənin 83 yaşlı Ali dini lideri Ayətullah Əli Xameneyinin vəziyyətinin yaxşı olmadığı haqda şayiələr yenidən yayılmağa başlayıb.

Sentyabrın 21-də Tehranda İran-İraq müharibəsi veteranlarını anım mərasimində çıxış edən Xameneyi Amininin ölümü və ölkəni lərzəyə gətirən hadisələr haqda bir kəlmə də danışmayıb.

XS
SM
MD
LG