Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

İranın kürd regionları etirazın episentrinə çevrilir


Etirazlar ötən ay gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra başlanıb

İranın təhlükəsizlik qüvvələri ölkə boyunca yayılan etirazları yatırmağa çalışır.

Etirazlar ötən ay gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada vəfat etməsindən sonra başlanıb.

Oktyabrın 13-də etirazçılar İranın müxtəlif şəhərlərində yenidən küçələrə çıxıblar.

İranın Kürdüstan regionunda polis və etirazçılar arasında toqquşmalarda bir neçə nəfərin öldüyü xəbər verilir.

Kürd əhalinin hüquqlarını müdafiə edən Henqav təşkilatı beynəlxalq təşkilat nümayəndələrinin sözü gedən regionlara gəlişinə imkan verilməsini tələb edib.

İranım qərbindəki kürd regionlarını monitorinq edən Kürdüstan İnsan Haqları Şəbəkəsi oktyabrın 13-də Sənəndaj və Kirmanşah şəhərlərində üç etirazçının öldürüldüyünü xəbər verir:

“Müxtəlif şəhərlərdə azı 48 etirazçı xəsarət alıb və onlardan birinin vəziyyəti kritikdir”.

İranda etirazlar yenə alovlandı, ölənlərin sayı 185-ı keçdi
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Rəisi yenə də Qərbi ittiham edir

Oktyabrın 13-də İran prezidenti İbrahim Rəisi ölkədə baş verən etirazlara görə Birləşmiş Ştatları və onun müttəfiqlərini ittiham edib.

Ölkədə internetin demək olar söndürülməsinə baxmayaraq sosial şəbəkələrdə etirazları əks etdirən çoxsaylı videolar yayılır.

AzadlıqRadiosunun Fars xidməti - Fərdaya göndərilən videolardan birində təhlükəsizlik xəfiyyələrinin Tehranda bir etirazçını qəddarlıqla döydüyü görünür.

Başqa bir videoda isə Elam şəhərində polis qüvvələrinin etirazçılara hücum etdiyi görünür.

Bu arada artıq bir neçə gündür ki, İranın neft regionlarında neftçilərin tətillərinin davam etdiyi barədə xəbərlər gəlir.

İran İşçilərinin Azad İttifaqı oktyabrın 12-də Asaluye neft-kimya zavodlarında 30-dək fəhlənin etirazlarda iştiraka görə həbs olunduqlarını xəbər verib.

XS
SM
MD
LG