Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

İranda 'Hicab və Bakirəlik Günü' necə qeyd olunub? (Video)


Hicaba etiraz nişanələrindən biri
Hicaba etiraz nişanələrindən biri

İyulun 12-də İranın dövlət telekanalları başlarında yaşıl hicab, əyinlərində uzun ağ don olan qadınların rəqsini nümayiş etdirib

İran qadınlarının hüquqlarını müdafiə fəalları iyulun 12-də başlarından hicabı açdıqlarını göstərən videolar yayıblar.

Eyni gündə İranda hakimiyyət “Milli Hicab və Bakirəlik” gününü qeyd edirdi.

Sosial medialarda yayılan videolarda qadınlar və kişilər İranda qadınlar üçün hicabı məcburi edən qanunları pisləyirdilər.

Bəzi videolarda qadınların küçədə baş örtüyünü açıb tullamaları görünür.

Bəzi qadınlar isə ictimai nəqliyyat və mağazalara hicabsız ghəlməklə etiraz bildiriblər.

İran İslam Respublikasının təqvimində 12 iyul Hicab və Bakirəlik Günü kimi təsbit edilib.

Xəbər verilir ki, hökumət idarələri bu günün əslində bir həftə ərzində qeyd edilməsini təmin edirlər.

Hicabla rəqs

İyulun 12-də İranın dövlət telekanalları başlarında yaşıl hicab, əyinlərində uzun ağ don olan qadınların rəqsini nümayiş etdirib.

Rəqsi musiqi sədaları ilə yanaşı Qurandan oxunan surələr də müşayiət edirdi.

İran sosial medialarında bu videonu çox sayda istifadəçi lağa qoyub.

Bundan əvvəl bir neçə qadın və vətəndaş haqları fəalı adamları Hicab və Bakirəlik günündə etiraz bildirməyə çağırmışdılar.

Bunun ardınca sosial media şəbəkələrində hicaba etiraz edən çox sayda postlar yaylılıb.

Nyu Yorkda mənzillənmiş İranda İnsan Haqları uğrunda kampaniya iyulun 11-də İranda keçirilən Hicab və Bakirəlik Günündə mümkün həbslər və zorakılıqlar barədə xəbərdarlıq etmişdi.

Yarırəsmi Fars xəbər agentliyi həqiqətən də iyulun 11-də bir neçə nəfərin saxlandığı barədə məlumat yayıb.

İranda qadınlar və 9 yaşdan yuxarı qızlar üçün hicab 1979-cu ilin İslam İnqilabından sonra məcburi qaydaya çevrilib.

Buna baxmayarq İranda minlərlə qadın bu qaydalara etinasızlıq nümayiş etdirib.

XS
SM
MD
LG