Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:35

İranda hicaba qarşı müqavimət genişlənir


Aktrisa Pantea Bəhram kinoteatra hicabsız gəlib
Aktrisa Pantea Bəhram kinoteatra hicabsız gəlib

İrandan verilən xəbərlərdə deyilir ki, universitet tələbələri və hakimiyyət orqanları arasında icbari hicab qaydasına görə qarşıdurmalar çoxalır.

Bəzi xəbərlərə görə bu qarşıdurmalarda bir tələbə qız xəstəxanaya düşüb və yataqxanalardan tələbələrin kütləvi çıxarılması baş verib.

Yəzd Universiteti kimya fakültəsinin tələbəsi Zəhra Rəhimiyə intizam komitəsinin iclasında o qədər təzyiq göstərilib ki, onu xəstəxanaya aparmaq lazım gəlib.

Bu iclas zamanı universitetin rektoru Abbas Kələntərinin tələbə qızı ağır təhqir etdiyi xəbər verilir.

Yataqxanadan məhrum edildilər

Rəhimi xəstəxanaya aparılarkən təhlükəsizlik xidmətinin əməkdaşalrı onun tələbə yoldaşlarına bu hadisə barədə heç yerdə danışmamaq xəbərdarlığı ediblər.

Tehran Universitetində isə icbari hicab qaydasına etiraz edən tələbələr yataqxanadan məhrum ediliblər.

Ölkə boyunca başqa universitetlərdə də belə insidentlərin olduğu xəbər verilir.

Xəbər verilir ki, iddialara görə mülki geyimli xəfiyyələr İsfahan Universitetinin tələblərinə hücum ediblər.

Onlar tələbələrə ictimai toplanışlardan çəkinmək barədə xəbərdarlıq ediblər.

Aktrisaya görə menecer cəzalandırılıb

Bu arada Iranian Cinema kinematoqrafiya qurumunun meneceri, aktrisa Pantea Bəhramın ictimai baxışa hicabsız gəlməsinə görə vəzifəsindən kənarlaşdırılıb.

Bu hadisə aprelin 19-da Tehranın Lotus kinoteatrında “Şir dərisi” serialının ictimai baxışı zamanı baş verib.

Xanım Bəhramın hicaba etinasızlıq aksiyası sosial mediada geniş dəstək qazansa da, Cinema təşkilatının direktor müavini kinoteatrın rəhbərliyini “vəziyyətə nəzarət etmədiyinə və qaydanı pozan şəxsi zaldan çıxartmadığna” görə kəskin tənqid edib.

Xatırlatma

İranda hicab 1979-cu il islam inqilabından sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib.

Ancaq qadınlar illər boyu bu qaydanın hüdudlarından kənara çıxıb, rəsmilər isə buna göz yumub.

22 yaşlı Məhsa Əmini sentyabrda polisdə vəfat edəndən sonra etirazlar başlanıb, sonradan miqyası böyüyüb. On minlərlə iranlı küçələrə çıxaraq dini isteblişmentə etirazını bildirib.

Təhlükəsizlik qüvvələri isə etirazçılara divan tutub, minlərlə insan saxlanıb, bəzilərinə ölüm cəzası kəsilib. İnsan haqları qrupları etirazlarda azı 500 nəfərin öldürüldüyünü deyirlər.

XS
SM
MD
LG