Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:37

Tehran Qırmızı dənizdə baza açmaq istədiyini təkzib edir


Təhlilçilər bildirirlər ki, İran husiləri informasiya ilə təchiz etmək üçün özünün Ədən körfəzindəki Behşad “casus gəmisindən” istifadə edir
Təhlilçilər bildirirlər ki, İran husiləri informasiya ilə təchiz etmək üçün özünün Ədən körfəzindəki Behşad “casus gəmisindən” istifadə edir

Tehran Qırmızı dənizdə hərbi baza yaratmaq üçün ricasına Sudandan rədd cavabı almasına dair media xəbərlərini təkzib edib.

Bundan əvvəl Xartum da bu xəbəri təkzib etmişdi.

Sudan kəşfiyyatında adı çəkilməyən mənbəyə istinadla martın 3-də The Wall Street Journal yazmışdı ki, İran Qırmızı dəniz sahilində baza yaratmaq müqabilində Sudana müasir silahlar təklif edib.

The Wall Street Journal qəzetinin jurnalisti bunu da yazırdı ki, Sudan Tehranın təklifini İsrail və ABŞ-dan çəkindiyinə görə rədd edib.

İran Qırmızı dənizdə fəal olsa da...

İran ümumiyyətlə Sudan hökumətini onun yerli qiyamçılara qarşı mübarizəsində dronlarla təchiz edir.

İranın hərbi dəniz donanması Qırmızı dənizdə fəal olsa da, burdakı strateji sularda hərbi dəniz bazası yoxdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaani martın 4-də keçirdiyi brifinqdə deyib ki, baza barəsində söz-söhbətlər “əsassız və siyasi motivlidir”.

Bundan bir gün əvvəl Sudanın xarici işlər naziri Əli əs-Sadiq məqaləni “saxta və qondarma” adlandırmışdı.

İlk gəmi batıb

Ötən noyabrdan İran tərəfindən dəstəklənən husilər İsrailə bağlı gəmiləri hədəfləyəndən bəri Qırmızı dənizdə yük daşımaları çətinləşib.

Təhlilçilər bildirirlər ki, İran husiləri informasiya ilə təchiz etmək üçün özünün Ədən körfəzindəki Behşad “casus gəmisindən” istifadə edir.

Husilər sözü gedən qlobal dəniz ticarət yolunda ABŞ və Birləşmiş Krallığın hava zərbələrinə məruz qaldıqdan sonra hücumlar bir xeyli səngiyib, amma bunun yəmən qiyamçılarını hücumlardan tamamilə çəkindirə biləcəyi suallar doğurur.

Husilərin fevralın sonlarında Qırmızı dənizdə vurduğu “The Rubymar” yük gəmisi martın 3-də batıb. Bu, Qırmızı dənizdə batırılan ilk gənidir.

Husilər iddia edirlər ki, onlar oktyabrda Qəzzada başlanmış müharibədən sonra İsrailə bağlı gəmiləri fələstinlilərə dəstək olaraq hədəfləyirlər.

XS
SM
MD
LG