Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:39

İran Rusiyaya Mohacer dronları da verib


Mohacer-6 dronu
Mohacer-6 dronu

İran ötən noyabrda Rusiyaya məxfi yolla azı 18 uzaqmənzilli döyüş dronu verib.

The Guardian qəzeti məsələ ilə tanış İran mənbələrinə istinadla yazır ki, sözü gedən dronlar daha uzaq məsafəyə uçmaq və daha dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir.

Qəzetin müsahibləri deyiblər ki, Rusiya İrandan 200 kilometrədək uçan və hər qanadının altında iki raket olan 6 ədəd Mohacer-6, habelə 12 ədəd Almaniya mühərrikləri ilə modifikasiya edilmiş Şahed 191 və Şahed 129 dronları alıb.

Bu dronlar bombaları atdıqdan sonra bazaya qayıtmaq üçün hesablanıb.

Bu da xəbər verilir ki, dronların əksəriyyəti Xəzər dənizində katerə yüklənib, qalanları isə İran dövlət aviasiya şirkətinin təyyarəsi ilə çatdırılıb.

İran hər bir dronla 3 təlimatçı da göndərib

Xəbərdə deyilir ki, İran Moskvaya hər drona üçü olmaqla 54 texniki mütəxəssis göndərib.

Onlar bu dronların idarə edilməsində Rusiya ordusuna köməklik göstərməlidirlər.

Qəzetin yazdığına görə bu partiyadan olan sonuncu dron noyabrın 20-də istismara verilib.

Mənbələr bildirirlər ki, dronlar noyabr ayında Rusiyanın 10 nəfərlik nümayəndə heyətinin İrana səfərinin ardınca göndərilib.

Bundan bir neçə gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Moksvaya dronlar verdiyini nəhayət etiraf etmişdi.

The Guardian nümayəndə heyətinə kimlərin daxil olduğunu yazmır.

Amma burası məlumdur ki, Abdullahianın etirafından dörd gün sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılığı ilə bir nümayəndə heyəti Tehrana səfər etmişdi.

Patruşev prezident İbrahim Rəisi ilə təhlükəsizlik sahəsində qarşılıqlı Moskva-Tehran münasibətlərini müzakirə etmişdi.

XS
SM
MD
LG