Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:40

Ekspertlərə görə, Bakının ABŞ-İran qarşıdurmasına cəlb olunması ona baha başa gələ bilər


İran hərbçiləri raket buraxmağa hazırlaşırlar, 4 Aprel 2006
İran hərbçiləri raket buraxmağa hazırlaşırlar, 4 Aprel 2006
Azərbaycan İranla münasibətlərdə həssas davranmağa məcburdur. Elə siyasət yeritməlidir ki, «nə şiş yansın, nə də kabab»

Ekspertlərə görə, Bakının İrana qarşı tətbiq olunacaq sanksiyalarda iştirakı və ya hər hansı tədbirə cəlb olunması mümkün deyil. Hər hansı yanlış addım Azərbaycana baha başa gələ bilər. Azərbaycan İranla münasibətlərdə həssas davranmağa məcburdur, elə siyasət yeritməlidir ki, «nə şiş yansın, nə də kabab». Çünki söhbət yalnız qonşuluq münasibətlərindən getmir. Bu iki ölkəni bir-birinə dini, tarixi, mədəni tellər bağlayır. Bundan başqa, İranda milyonlarla azərbaycanlı yaşayır və Azərbaycan onların taleyinə biganə qala bilməz. Çünki hər hansı səhv addımdan ilk növbədə qonşu ölkədə yaşayan azərbaycanlılar ziyan görər. Nəhayət, Azərbaycanın öz maraqları var. Blokadada yaşayan Naxçıvana gediş-gəliş əsasən İranla mümkündür. Eyni zamanda iki ölkə arasında ticarət əlaqələri genişlənib, bir neçə iri layihə reallaşdırılır və s. Politoloq Rasim Musabəyov: "Azərbaycanın bu gün vəziyyəti imkan verir ki, belə bir tələb olsa, onu ciddi götür-qoy edib ona cavab axtarsın. Bu məsələdə Azərbaycan Türkiyə və Rusiyayla həmrəy mövqedən çıxış edərsə, inanmıram ki, Azərbaycanı buna görə elə bir gözümçıxtıya salsınlar".


Politoloq Rüstəm Məmmədov da hesab edir ki, Bakı Tehranla Vaşinqton arasına girməyəcək, o, hər iki tərəflə münasibətlərdə "qızıl orta"nı tapmağa çalışacaq. Politoloq Vaşinqtonun Azərbaycanı seçim qarşısında qoyacağını, ona təzyiq göstərərək koalisiyaya girməyə təhrik edəcəyini də güman etmir. Rüstəm Məmmədova görə, belə bir koalisiyaya olarsa və Bakı orada təmsil olunarsa, Azərbaycanın özü hədəfə çevrilə bilər.


XS
SM
MD
LG