Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

İrana alış-verişə və müalicəyə gedənlər azalıb


Astara gömrüyü
Astara gömrüyü

Astara gömrüyünün önündə İrandan qayıdan bir Azərbaycan vətəndaşı gileylənir. Əlindəki kiçik bağlamanı göstərərək deyir ki, hüquqları pozulub:

“Mən prezidentə şikayət edəcəyəm ”

“ İrana getmişəm. İran Astarasında, bazarda şəxsi istifadəm üçün bəzi şeylər almışam. Göyərti toxumu da almışdım, 1,8 kiloqram. Bu toxuma altı manat pul vermişdim. Deyirlər məhsuldardır, davamlıdır. Həyətyanı sahədə əkəcəkdim. Astara gömrüyündə əlimdən aldılar. Sənəd verdilər. Gördüm toxuma 25 Amerika dolları dəyərində qiymət qoyublar. Qayda qoyublar ki, hər bir Azərbaycan vətəndaşı İrana ayda bir dəfə keçə bilər. Bir aydan sonra İrana getsəm müsadirə edilmiş həmin toxumu geri apara bilərəm. Anbarın saxlama pulunu ödəməklə. Anbar hər günə 20 qəpik alır. Bu edir ayda 6 manat. Bu nə deməkdir? Mənim ölkəmin gömrüyü görün vətəndaşları ilə necə rəftar edir? Sonra da deyirlər ki, kimə şikayət edirsən get elə. Mən prezidentə şikayət edəcəyəm ”

İrandan qayıtmış Astara rayon sakini Camal İbrahimov isə deyir ki, keçidlə bağlı problemlərin əksəriyyəti həll olunub:
“Ötən həftənin beşinci günü İrana getmişdim. Dərmanlarımı almaq üçün. İrana gedənlər çox azalıb. Əhalinin İrana axını 80 faiz azalıb. Biz İrana gedəndə 20-30 nəfər adam var idi. Onlar da siqaret gətirirlər. Siqaretin də qiyməti düşüb. 3 blok siqaretdən 18 manat qazanc əldə edirdilər, indi olub 14 manat ”

Camal İbrahimov
Camal İbrahimov

İranda istehlak malları bahalaşıb.

O deyir ki, İranda da istehlak malları bahalaşıb. Buna görə də,oradan mal alıb Azərbaycana gətirmək daha bir elə sərf etmir:

“Orda yumurta bahadır, bizdən aparırlar ora. Bizdə qəndin bir kiloqramı 1 manat 70 qəpikdirsə, orda 2 manatdır. Şəkər tozu bizdə 1 manat 30 qəpikdirsə orda 1 manat 60 qəpikdir. İndi Ramazan ayıdır. Orucluqla bağlı yeyinti məhsulları da gətirilir. Toyuq əti orda 3 manat 20 qəpiyədir. Bizdə bahadır. Qalan şeylərin qiyməti eynidir. Banan, meyvələr. Banan orda 3 manat 20 qəpikdir. Bizdə 2 manat 80 qəpiyə də almaq olur. Söz yox ki, bizə nisbətdə onlarda bəzi əmək haqqı yüksəkdir ”

İranda dərmanlar ucuzdur...

Camal İbrahimov deyir ki, dərmanların qiymətlərində isə fərq böyükdür. Onun sözlərinə görə, Azərbaycanda dərmanlar demək olar ki, hər gün bahalaşır. İranda isə dərmanın qiymətlərində dəyişiklik olmur:

“Mən beş ildir ürəyə aid dərmanlar alıram. Reseptlə aldığım dərman burda 100-110 manatdır, orda 52 manat ala bilirəm. Bizdə dərmanlar çox bahadır. Özümə aid dərmanları burda ala bilmirəm. İmkan yoxdur. İrana gedirəm, oradan alıram ”

Monopoliyadır.

Astara rayon sakini Elçin İbrahimli bahalaşmanın səbəbini monopoliyada görür:

“Bir-iki ay bundan qabaq bananın qiyməti kəskin düşmüşdü. Sevindik. Fikirləşdik ki, İrandan banan gətirməyə ehtiyac olmaz. Birdən yenə bahalaşdı. İrandan gətirilən xurma da bahalaşıb. Monopoliyadır. Bu meyvələr kiminsə inhisarındadır.”

Elçin İbrahimli
Elçin İbrahimli

Sərhədyanı ticarətlə məşğul olan Fayıq Cəfərzadə alverin gündən günə zəiflədiyini deyir:

“İndi əvvəlki kimi deyil. Biz əsasən adi vətəndaşların İrandan gətirdikləri istehlak mallarını müəyyən qiymətə alırıq. Onlar da azalıb. Qiymət fərqi də azalıb. İndi İranda xırda para şeylər gətirirlər. Gördüyünüz kimi,burdakı mağazaların çoxu bağlıdır. Sərf etmir. Gömrükdə də şərtləri ağırlaşdırıblar. Burda həyat yavaş-yavaş sönür. Əvvəlki alış-veriş yoxdur. Amma İrandan gələnlərin sayı artıb. Daha çox onlar mal alırlar. Bundan sonra nə olacaq onu bilmək olmur ”

Fayıq Cəfərzadə
Fayıq Cəfərzadə

Astara Gömrük İdarəsindən isə suallarımıza cavab vermədilər.

Bu günlər jurnalistlərlə söhbətində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev demişdi ki, gömrük məntəqələrində kimin hüququ tapdalanarsa şikayət edə bilər. Şikayətlər obyektiv və ədalətli araşdırılacaq. Ancaq vətəndaşların heç də hamısı yuxarı orqanlara şikayət etməkdə maraqlı görünmürlər.

İrana yumurta aparırlar

İqtisadçı Vidadi Mirzəyev deyir ki, İrana gedən Azərbaycan vətəndaşların sayının azalmasının bir neçə səbəbi var:

“Birinci səbəb Amerika dollarının bahalaşmasıdır. Düzdür son zamanlar manat dollara nisbətdə sabit qalıb. Amma buna baxmayaraq bahalaşma gedir. Amma İran realı yerində qalır. Belə çıxır ki, manat İran realına nisbətdə də xeyli ucuzlaşıb. Nəticədə İranda olan istehlak malları azərbaycanlılar üçün ələ çatmaz olub. Aldığım məlumat görə,İranda ətin bir kiloqramı 19 manatdır. Kimin əlində manat var onun üçün baha başa gəlir ”

O deyir ki, artıq, İrana müalicəyə getmək istəyən Azərbaycan vətəndaşların sayı da azalıb:

“İrana müalicəyə gedən xəstələrin də sayıazalıb. Artıq, tibbi xidmətin qiymətləri arasında fərq azdır. Digər tərəfdən İrana müalicəyə gedənlərə göstərilən ögey münasibət də bunatəsir göstərir. Amma bizdə monopoliya yerindədir. Bizdə yumurtanın bir ədədi gəlib7 qəpiyə düşmüşdü. Əhali İrana yumurta aparırdı. Qısa müddətdə yumurtanın qiyməti 11 qəpiyə qalxdı. Bazar belə olmur. Qiymətin qalxması ağır iqtisadi prosesdir. Hiss olunur ki, qiymətlərin qalxmasında kiminsə əli var.”

XS
SM
MD
LG