Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:32

Qəzza fasiləsiz bombardman edilir. Azərbaycanın səfiri İsrailə hücumu pisləyib


İsrailin Qəzza şəhərinə endirdiyi hava hücumu zamanı çökən bina
İsrailin Qəzza şəhərinə endirdiyi hava hücumu zamanı çökən bina

Qəzza zolağına fasiləsiz hava zərbələri endirilir

İsrail radikal Fələstin qruplaşması Həmasın hücumundan sonra sərhəd üzərində nəzarəti bərpa etdiyini bildirir.

İsrail ordusunun sözçüsü Daniyel Haqari Həmas tərəfindən tutulmuş yaşayaış məntəqlərinin geri alındığını, amma bəzi yerlərdə hələ də silahlı birləşmələrin ola biləcəyini deyib.

Həmas İsrailin sərhəd üzərində nəzarəti ələ almasına dair bəyanatları təkzib edir.

Bu arada İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail ordusu Qəzza zolağının tam blokadasını yaradacaq.

O bildirib ki, Qəzzada “nə elektrik, nə yemək, nə də yanacaq olmayacaq”.

Onun sözlərinə görə İsrail hazırda “insan qiyafəsində heyvanlara” qarşı döyüşür.

“Sanki heç bir qırmızı xətt qalmayıb”

Bu da xəbər verilir ki, İsrail hərbiyyəsi Həmasın hərbi infrastrukturunu dağıtmaq məqsədilə Qəzzadakı obyektlərə hava zərbələrini davam etdirir. Oktybarın 9-na keçən gecə Qəzzada 500-dən çox hədəfə zərbə endirildiyi xəbər verilir.

Əl-Cəzirənin məlumatına görə bu zərbələr nəticəsində 23 nəfər həlak olub və ölənlərdən biri də İsraillə hər hansı danışıqlara qarşı çıxan “xalq müqaviməti komitələrinin” hərbi qanadının lideri Rəfat Əbu Hilaldır.

Şahidlər hava zərbələrinin fasiləsiz olaraq bütün gecə endirildiyini deyirlər. Adının çəkilməsini istəməyən bir qəzzalı İsrailin Haaretz qəzetinə indiyədək belə bir şey görmədiyini deyib:

“Sanki artıq heç bir qırmızı xətt yoxdur. Bütün zolaq hədəflər yığınıdır, hər bir bina hədəfdir”.

İsrail bildirir ki, vurulan hədəflərin arasında radikal islamçıların 8 qərargahı, məscid və Qəzzaya silah gətirilməsi üçün açılmış yeraltı lağım şəbəkəsi var. Bundan əvvəl İsrail hakimiyyəti Qəzza sakinlərini zərbələrə məruz qalmamaq üçün evlərini tərk etməyə çağırmışdı.

Qəzza zolağının hakimiyyəti zərbələr nəticəsində 436 nəfərin öldüyünü xəbər verir.

Hizbullah qarışmayacağını deyir, amma

The Washington Post yazır ki, İsrail ordusu yaxın iki gündə Qəzzaya yerüstü müdaxiləyə başlaya bilər.

Bundan əvvəl Həmas İsrailin Aşdod və Aşkelon şəhərlərinə raket zərbələri endirmişdi.

Son məlumatlara görə Həmasın hücumu nəticəsində 700-dən çox israilli həlak olub.

Bunların əksəriyyəti basqının ilk saatlarında ölənlərdir. Daha 100 israillinin girov götürüldüyü bildirilir.

İsrail hökuməti orduya ehtiyatdan daha 300 min nəfərin səfərbərliyinə başlayıb.

Bu arada Livanda İranın dəstəklədiyi Hizbullah radikal qruplaşması Həmasa dəstək bildirsə də, onun İsrail üzərinə hücumuna qoşulmayıb.

Livanın xarici işlər naziri Abdullah Rəşid Buhəbib deyib ki, İsrail Livana zərbə endirmədiyi təqdirdə Hizbullah da bu münaqişəyə qarışmayacağına zəmanət verib.

***

"Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında paylaşım edib. Rəsmi Bakı həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı verir: "Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik".

+++

Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov "Həmas"ın İsrailin mülki əhalisinə qarşı hücumunu kəskin şəkildə pisləyib.

"Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir. Bütün suveren dövlətlər kimi, İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var", - səfir X sosial şəbəkəsindəki hesabında yazıb.

'Həmas' 100 israillini girov götürdüyünü deyir

"Həmas" silahlı qruplaşması İsrailə hücumlar zamanı 100 israillini girov götürdüyünü bildirir. "İslam cihadı" qruplaşması isə 30 nəfəri əsir götürüb.

"Həmas"ın girovları arasında yüksək rütbəli hərbçilər var. Bu haqda terrorçu təşkilatın təmsilçisi Musa Əbu Marzuk açıqlama verib.

"İslam cihadı" Fələstin qruplaşmasının başçısı Ziyad əl-Nahala isə döyüşçülərinin 30-a yaxın israillini əsir götürdüyünü açıqlayıb. Onun sözlərinə görə, girovlar evlərinə yalnız fələstinli məhbuslar İsrail həbsxanalarından buraxılandan sonra qayıda biləcəklər.

İsrail hakimiyyəti "Həmas" döyüşçülərinin saxladığı girovların dəqiq sayını açıqlamır. Bundan öncə İsrailin ABŞ-dakı səfirliyi azı 100 nəfərin oğurlandığını bildirib.

Media saxlananlar arasında digər ölkələrin, o cümlədən ABŞ, Almaniya və Tailand vətəndaşlarının da ola biləcəyini yazır.

İsraildə "Həmas"ın girov götürdüyü şəxslərin ailələri mətbuat konfransı keçirib. Onlar cavab tələb etdiklərini deyiblər: "Övladlarımızı qaytarmaq istəyirik. Hər şey 48 saat öncə başlayıb. Bəzi ailələri, hələlik, heç nə bilmirlər", – mətbuat konfransı iştirakçıları deyiblər.

İsrailə hücum edən fələstinlilər qarşılarına çıxanları tutaraq Qəzza zolağına aparıblar. Təkcə israillilər deyil, nepallılar, almaniyalılar, britaniyalılar, amerikalılar da əsir götürülüb.

Girov götürülənlərin çoxu oktyabrın 7-də Qəzza zolağı ilə sərhəddə keçirilən "Nature Party" elektron musiqi festivalına gedənlərdir. Orada 260 nəfərin meyiti də aşkarlanıb.

  • "Həmas"ın zərbələrinə cavab olaraq İsrail 1973-cü ildən bəri ilk dəfə olaraq müharibə vəziyyəti elan edib. İsraildə hərbi əməliyyatlar nəticəsində azı 700 nəfər öldürülüb, 2 min 200 nəfər yaralanıb. Fələstində 413 nəfərin öldürüldüyü, 2 min 300 nəfərin yaralandığı bildirilir.
  • ABŞ İsrailə əlavə hərbi yardım, Aralıq dənizinə zərbə aviasiya qrupu göndərəcəyini bildirib.
  • İsrail ordusu Livana artilleriya zərbələri endirildiyini xəbər verir.
XS
SM
MD
LG