Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:31

İsrail zabiti: 'Dinc sakinləri hədəfə almırıq'


Israil Qəzza ilə sərhədə tanklar toplayır. Quru əməliyyatı başlaya bilər
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Israil Qəzza ilə sərhədə tanklar toplayır. Quru əməliyyatı başlaya bilər

ABŞ hökumətinin maliyyələşdirdiyi "Alhurra" televiziyası Ramonda İsrailin hava qüvvələrinin polkovnik-leytenantından müsahibə alıb. Ordudakı roluna görə onun adı göstərilmir.

Zabit deyib ki, əsas məqsədləri piyada qüvvələrini və sərhəd yaxınlığındakı İsrail vətəndaşlarını qorumaqdır. İkinci məqsəd isə "Həmas"ı dağılanadək zəiflətməkdir.

"Ancaq siz Qəzza zolağında dinc sakinlərə də xəsarət yetirirsiniz. Uşaqlar və qadınlar arasında xeyli itkilər var".

Polkovnik-leytenant bu suala cavabında deyib ki, "Həmas" hərəkatı, eləcə də "İslam Cihadı" üzvləri harada olursa-olsun onları təqib edərkən dəyərlərə və müharibə qanunlarına sadiq qalırlar: "Onların fəaliyyət göstərdiyi ərazilər məskunlaşıb və, təəssüf ki, günahsız dinc sakinlərə də ziyan dəyir, çünki "Həmas" onlardan canlı qalxan kimi yararlanır. Dinc sakinlər deyil, "Həmas" elementlərini hədəfə alırıq".

- Bəs hərbi əməliyyatın ilk saatlarında hava qüvvələri harada idi, ərazidə heç İsrail qüvvələri yox idi.

- Araşdırılası çox məsələlər var, hava qüvvələri olaraq bunu edəcəyik. Ordu adətən belə edir, səhvlərimizi araşdırır. İndi isə müharibəni davam etdirmək, tam qüvvə ilə vurmaq vaxtıdır. Dəyişikliklər edəcək, sonra səhvlərimizi necə düzəltmək üzərinsə düşünəcəyik.

"Yaxın Şərqdə bütün məkanlara yetişə bilərik"

İsrailin Suriyanı vurmasına dair xəbərlər gəlir. İsrail ordusu isə adətən belə xəbərləri nə təkzib, nə də inkar edir. Qəzzada müharibə getdiyi bir vaxtda Suriyada hədəfləri vurmaq imkanı varmı? Polkovnik-leytenant bu sualı belə cavablandırıb ki, hava qüvvələri müxtəlif cəbhələrdə müharibəyə hazırdır, eyni vaxtda çoxsaylı cəbhələrdə fəaliyyət göstərə bilər: "Qəzzada müharibə apardığımız bir vaxtda Yaxın Şərqdə bütün məkanlara yetişə bilərik".

- ABŞ-ın "Ford" təyyarədaşıyan gəmisi Şərqi Aralıq dənizinə çatıb, gərəkərsə, amerikalı pilotlarla necə işləyəcəksiz, bu sahədə koordinasiya varmı?

- Müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik və vacib müttəfiqlərimiz var. Prezident (Co) Baydenin çıxışına qulaq asan kəs əməkdaşlığımızın gücünü anlayır, mən özüm də ABŞ Hava Qüvvələri ilə təlimdə iştirak etmişəm. Anlayırıq ki, İsrailin ehtiyacı yarananda Birləşmiş Ştatlar yanımızda olacaq.

Yaxın Şərqdə yeddinci gündür ki, müharibə davam edir. Bu müharibə oktyabrın 7-də "Həmas" və "İslam Cihadı" Fələstin radikal qruplaşmalarının İsrailə qəfil basqını ilə başlanıb. Ölkə ərazisində islamçıların azı 130 mülkini girov götürdükləri deyilir.

Son məlumatlara görə, hücum nəticəsində 1 min 300 israilli həlak olub, daha 3 min 300 nəfər yaralanıb. Onlardan 440-ı xəstəxanalara yerləşdirilib və 100 nəfərin vəziyyəti son dərəcə ağırdır.

Buna cavab olaraq İsrail Qəzza zolağına fasiləsiz hava zərbələri endirir. Bu zərbələr nəticəsində 1 min 417 fələstinlinin həlak olduğu xəbər verilib. Bunlardan 772 nəfərinin kişi, 248 nəfərinin qadın və 447-sinin uşaq olduğu xəbər verilir.

XS
SM
MD
LG