Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:42

"Abid Şərifov niyə bizimlə maraqlanmır? Gərək bina uçsun?"


Mətbəxi uçan mənzil
Mətbəxi uçan mənzil

►"Bina hər an uça bilər. Axı, niyə başa düşmürlər ki, bu bina qəzalıdır?"

Ərazinin deputatı deyir ki, binanın uçması bu gün- sabah məsələsi deyil

Martın 28-də Cavanşir küçəsi, 10 ünvanında yerləşən qəzalı yataqxana binasının 3-cü mərtəbəsindəki mətbəx uçandan, burada yaşayan 90 ailə səbirsizliklə köçürüləcəyini gözləyirdi.

Yerli icra hakimiyyəti, mənzil istismar sahəsinin nümayəndələri gəlib onlara demişdi ki, “çox yox, uzağı bir-iki günə köçəcəksiniz”.

Sakinlər deyir ki, “o köçən köçürük, hələ də hər an uçmaq təhlükəsi olan binada yaşayırıq”. Təhlükəli olduğuna görə, bir neçə gündür binanın qazı da kəsilib: (Ardı aşağıda)

Azerbaijan - building in Javans
Azerbaijan - building in Javans

“Ürəyimiz əsir ki, hər an üstümüzə daş töküləcək”

Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

– Hələ uzadırlar. Təhlükəlidirsə, köçürdün də. Yalandan televizorda deyirlər ki, guya neçə ailə köçürülüb, heç kim də köçürülməyib.

– O küləkli gündə bina silkələnirdi. Ürəyimiz əsir ki, hər an üstümüzə daş tökülə bilər.

– Qazı da kəsiblər, onun-bunun evində çimirik. İcra da bizi aldadır, ancaq vəd verirlər.

– Abid Şərifov niyə bizimlə maraqlanmır, axı burda yaşayanlar canlı insanlardır.

– İşə də gedə bilmirik ki, uşaqlar evdə tək qalmasın, bina uçanda, heç olmasa, uşaqlarımızın yanında olaq.

– Mətbəx uçdu, töküldü, gəldilər, baxdılar, heç nə eləmədilər. Elə deyirlər, “gözləyin”. Hələ də bir xəbər-ətər yoxdur. Camaat artıq tükənib. Biz nə istəyirik ki? Yuyunmaq, xörəyimizi rahat bişirmək istəyirik. Heç kimi köçürməyə-köçürməyə televizorda deyirlər ki, “sakinləri köçürmüşük”. Hələ də bizə bir söz demirlər. “İki günə qədər həll olacaq” deyib bizi bu vəziyyətdə buraxıb getdilər.

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

İcra nümayəndəsi yerində yoxdur

Sakinlər deyir ki, onlara ən çox vəd verən Xətai rayon icra hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Zaməddin Əkbərov olub. Gün ərzində onunla əlaqə saxlamaq istəsək də, hər dəfə köməkçisi şöbə müdirinin yerində olmadığını bildirdi.

Baş nazirin müavini Abid Şərifov isə dəstəyi götürsə də, danışmaq imkanının olmadığını söylədi. (Ardı aşağıda)

Ərazinin deputatı: “Heç kim istəməz ki, ərazidə problem olsun”

Qəzalı yataqxananın yerləşdiyi ərazidən deputat seçilmiş Fuad Muradov bildirir ki, yataqxana sakinlərinin vəziyyəti ilə tanışdır, binanın qəzalı vəziyyətdə olduğunu bilir:

“Uçmaq bu gün- sabah məsələsi deyil, amma Fövqəladə Hallar Nazirlyinin də binanın qəzalı olması haqqında rəyi var. Biz də o rəyə əsaslanırıq. Dövlətin həyata keçirdiyi köçürülmə siyasətinə uyğun olaraq bu məsələ gündəmdədir. Yerli icra strukturlarının nümayəndələri çalışırlar ki, böyük bir qəza- filan baş verməsin. Bu proses artıq başlayıb. Heç kim istəməz ki, ərazidə hər hansı problemlər yaransın. Amma bina həqiqətən də qəzalıdır. O binada olmuşam. Bununla bağlı Abid Şərifovla söhbətim olub, ölkənin baş nazirinə məktub ünvanlanıb. İcra hakimiyyətinin başçısı ilə də görüşmüşəm, o özü də həmin binada olub. İnanıram ki, yaxın bir zamanda bu məsələ həllini tapacaq”.

Fuad Muradov deyir ki, plana uyğun olaraq sakinlərə ya kompensasiya veriləcək, ya da başqa yerə köçürüləcəklər.

Polis də gedib

Martın 28-də bu yataqxanada mətbəx uçandan sonra bir neçə gün binaya, nədənsə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyil, polis işçiləri nəzarət etdi. Ancaq indi burada heç polis də gözə dəymir.

__________________________________________________________

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel proqramında

Cəbhədə atəşkəs 100 dəfə pozulub...
Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflər
Keçmiş səfir Matthew Bryza ABŞ-ı Qarabağla bağlı fəal olmağa çağırır...

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 12 aprel TV proqramında

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
"Yaxşı rektor olar, psixiatrdır..."

Buna da bax: "Yeni rektor xaricdən müəllimlər dəvət etsin"

"Yaxşı rektor olar, psixiatrdır..."
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

XS
SM
MD
LG