Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:23

Jurnalist Aynur Elgünəş hədələndiyini deyir (VİDEO)


Aynur Elgüneş
Aynur Elgüneş

Jurnalist Aynur Elgünəşin ölümlə hədələndiyi bildirilir. Bu barədə onun özü məlumat yayıb.

Jurnalist bildirir ki, oktyabrın 4-ü günorta saatlarında bir nəfər şikayətçi zəng edib deyib ki, Azərbaycan İnformasiya Agentliyindən olduğunu deyən bir jurnalist onu şantaj edir:

“Şikayətçinin bildirməsinə görə, həmin qadın deyir ki, əgər bu gün pul çatdırılmasa, onlarla bağlı materiallar yayımlanacaq. Bir şəxsin də nömrəsini verib”.

Buna da bax: İlham Əliyev Emin Milli və Emin Hüseynovdan danışdı (Yenilənib)

Aynur Elgünəş qeyd edir ki, məsələni araşdırmaq məqsədi ilə həmin nömrəyə zəng vurub. Özünü müstəqil jurnalist kimi təqdim edib. Deyib ki, belə bir iddia var. Nə dərəcədə əsaslıdır?

“Adam hansı mətbuat orqanları ilə işlədiyimi soruşdu və təbii ki, məqaləm çıxan bütün mətbu orqanları sadaladım, Meydan TV də içərisində. Heç nə demədən, dəstəyi asdı. Sualımı havada buraxdı. Təxminən 5 dəqiqə sonra zəng etdi, başladı söyməyə, İsa Qəmbərin, Meydan TV-nin adını çəkdi. "Sizin kimi müxalifətçiləri rədd etmək lazımdı" və s. kimi ifadələr işlətdi. Dedi ki, onun agentliyi Mətbuat Şurasına tabedir. Mən də Əflatun Amaşova zəng etdim. Aia.az saytının onların adından danışdığını, şikayət olduğunu və məni söydüyünü dedim. Əflatun Amaşov dedi ki, belə bir media orqanı, şəxs tanımır, hazırda xaricdədir. Ayın 10-dan (oktyabrın) sonra qayıdacaq, ondan sonra araşdırar. Şikayətçi ərizə ilə Mətbuat Şurasına müraciət etsin” - deyə jurnalist bildirir.

Buna da bax: «FP» Əliyevləri məşhur Corleone ailəsinə bənzədir

Aynur Elgünəş deyir ki, eyni sualla Mətbuat Şurasının üzvi Müşfiq Ələsgərliyə də müraciət edib:

“O da izah etdi ki, Azərbaycan adı ilə mətbu orqan yaratmaq qadağandır. Məqsəd "Azərbaycan" qəzetinin dublikatını çıxarmaqdır, bununla bağlı şikayətçi Mətbuat Şurasına müraciət etsin”.

Ancaq jurnalistin bildirməsinə görə, həmin şəxs ondan əl çəkməyib:

“Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı daha da çox təhqir etməyə. Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi, yenə təhqir, təhdid. Adam məni tapacağını dedi, "Səni elə günə qoyacam, ölkə üzünə çıxa bilməyəcəksən" söylədi. Sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəm. Hətta dedi ki, mənə görə əsəbləşib maşınını vurub, bunun xərcini ödəməliyəm. Günortadan bəri adam dayanmadan zəng edir”.

Buna da bax: AzadlıqRadiosu-nun şikayəti təmin olunmadı [yenilənib]

Aynur Elgünəş qeyd edir ki, bundan sonra vəkilinə zəng vurub və baş verənləri deyib. Onun məsləhəti ilə 102 xidmətini yığıb, şikayət verib: “Sabah da (oktyabrın 5-də) 36-cı polis bölməsinə gedib rəsmi şikayət edəcəyəm”.

Məsələyə, hələlik, sözü gedən Aia.az saytının və Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb.

Jurnalist Aynur Elgünəş hədələndiyini deyir
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

XS
SM
MD
LG