Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Ramzan Kadırov İnquşetiya kəndlərini zəbt etməklə hədələyir


Ramzan Kadırov
Ramzan Kadırov

O Instagramda dərc etdiyi müraciətdə bildirir ki, “onun xalqının, tayfasının, ailəsinin və şəxsən özünün şərəf və ləyaqətini ləkələmək istəyənləri cəzasız qoymayacaq”

Çeçenistanın başçısı Ramzan Kadırov qonşu İnquşetiyanın sakinlərinə və ağsaqqallarına videomüraciət edib.

O bu müraciətdə onlardan üç gün müddətində Çeçenistana olan iddialarını təqdim etməyi tələb edib.

Onun sözlərinə görə bu iddialar əsassız və təhqiramiz olsa, onun üçün heç bir qanun yoxdur və hər şeyə gedəcək.

O Instagramda dərc etdiyi müraciətdə bildirir ki, “onun xalqının, tayfasının, ailəsinin və şəxsən özünün şərəf və ləyaqətini ləkələmək istəyənləri cəzasız qoymayacaq”.

O bir daha xəbərdarlıq edib ki, cavabı üç gün gözləyəcək.

Ramzan Kadırovu İnquşetiya başçısı yanında dini məsələlər üzrə idarənin rəisi Yəhya Xadziyevin üzrxahlığı qəzəbləndirib.

Xadziyev üzrxahlığı Kadırovdan yox, onunla toy məclisində qucaqlaşdığına görə həmyerlilərindən istəyib.

"Sizi adam və kişi saymıram"

Bundan başqa özünün müraciətində Kadırov İnquşetiya ilə Çeçenistan arasındakı sərhədi bir daha “nəzərdən keçirəcəyi” ilə hədələyir.

Kadırov bildirir ki, iki region arasında sərhədin dəyişdirilməsinə dair 26 sentyabr 2018-ci il tarixli razılaşmanın nəticəsi olaraq İnquşetiya ərazisində çeçen kəndləri qalıb:

"Sizə Allahın adı ilə and içirəm ki, əgər düzünü demirəmsə mən və bütün tayfam lənətə gəlsin: mən hər şeyi sizin rəhbərliyinizin istədiyi kimi eləmişəm. Mən güzəştə getmişəm, kəndlərimizi sizə qoymuşam. İndi isə o təxribatçılara müraciət edirəm. Mən sizin torpağınızı ona görə almışam ki, sizi adam və kişi hesab eləmirəm. Qalan kəndləri də alacağam, çünki mən bunu etməsəm siz sakitləşməyəcəksiniz”.

Sərhəd və siyasi məhbuslar

Hələ yanvarın 11-də Qroznıda Kadırov İnquşetiya sakinlərinə hədə dolu çıxış etmişdi.

Buna səbəb bir neçə gün əvvəl inquş nümayəndələrinin Çeçenistana gəlməsi, qayıtdıqdan sonra isə öz həmyerliləri qarşısında üzrxahlıq etmələri olmuşdu.

Çeçenistan və İnquşetiya arasında sərhəd razılaşması haqqında saziş 2018-ci il, sentyabrın 26-da muxtar regionların başçıları Yunus-Bek Yevkurov və Ramzan Kadırov arasında imzalanıb.

Bu razılaşma 2018-ci ilin payızında və 2019-cu ilin yazında İnquşetiyada etirazlar dalğası yaradıb.

Etirazçılar sərhəd xəttinin düzgün çəkilmədiyini bildirirdilər.

Dekabrın 15-də Yesentukidə keçirilən məhkəmə inquş etirazının, iki ağsaqqal da daxil 7 liderini 7 ildən 9 ilədək azadlıqdan məhrum edib.

Onları İnquşetiya və Çeçenistan arasında sərhəd barədə razılaşmaya İnquşetiyanın Maqas şəhərində keçirilən etiraz mitinqi zamanı zorakılıq törətməkdə ittiham edirdilər.

Hazırda Rusiyada xarici agent siyahısına salınmış və ləğv olunmuş Memorial insan haqları təşkilatı sözü gedən 7 lideri siyasi məhbus elan edib.

XS
SM
MD
LG