Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Koreyalı xokkeyçilər bir-birini anlamaq üçün lüğət tərtib ediblər


Xokkey üzrə Şimali Koreya yığması Cənubi Koreyada məşq düşərgəsinə gəlib. 25 yanvar 2018
Xokkey üzrə Şimali Koreya yığması Cənubi Koreyada məşq düşərgəsinə gəlib. 25 yanvar 2018

Şimali və Cənubi Koreya Qış Olimpiya oyunlarında iştirak etmək üçün ümumi qadın xokkey komandası yaradıblar. Özü də komanda oyunların başlanmasından cəmi iki-üç həftə öncə yaradılıb.

İndi bu komanda son dərəcə qısa zaman ərzində birlikdə oynamağı öyrənməlidir. Ancaq idmançıların hazırlığı məsələsində meydana çıxan çətinlik təkcə bundan ibarət deyil. Məsələ burasındadır ki, şimali və cənubi koreyalıların dilləri fərqlənir.

Komandanın kanadalı məşqçisi Sarah Murray bildirib ki, komandası üç səhifəlik lüğət tərtib edib. Burada əsas xokkey terminləri ingilis dilindən Cənubi Koreya dilinə, daha sonra isə həm də Şimali Koreya dilinə tərcümə olunub.

Fərqli sözlər

Koreya artıq 70 ildir ki, iki ölkəyə bölünüb. Bu müddət ərzində cənubi koreyalıların dilinə ingilis dilindən çoxlu yeni söz keçib, şimali koreyalılarsa öz sözlərini yaradıblar. Mütəxəssislər hesab edirlər ki, iki Koreya dilində gündəlik həyatda işlədilən sözlərin 1/3-ə qədəri bir-birindən fərqlənir.

Şimali və Cənubi Koreya sakinləri bir-birini anlayırlar. Çünki əksər sözlər və qrammatika dəyişməmiş qalıb. Problemlər, əsasən, xüsusi terminlərdən istifadəyə ehtiyac yarananda, məsələn, tibb və ya idman sahələrində meydana çıxır.

Koreyanın xokkey üzrə birləşmiş yığma Olimpiya komandasının lüğətindən götürülmüş bir neçə nümunəni təqdim edirik:

Birləşmiş qadın xokkey komandası
Birləşmiş qadın xokkey komandası

Pass. Cənubi koreyalılar ingilis sözü olan «pass»dan istifadə edirlər. Şimali koreyalılarsa «əlaqə», «məlumat» mənasını verən «yeol lak» ifadəsini işlədirlər.

Cinah hücumçusu. Cənubi Koreyada ingilis dilindəki «winger» terminini ixtisar edərək «wing» sözünü əldə ediblər. Şimali Koreyada isə «kənar oyunçu» mənasını verən «nahl gay soo» ifadəsi işlədilir.

Zərbənin bloklanması. Cənubi koreyalılar ingilis dilindəki «block shot» ifadəsindən yararlanırlar. Şimali koreyalılarsa bu məfhumu «bloklamaq üçün uzanmaq» anlamına gələn «buhduh makee» söz birləşməsi ilə ifadə edirlər.

Cənubi Koreyanın buzüstü xokkey üzrə qadın komandasının 23-nəfərlik heyətinə Şimali Koreyadan daha 12 oyunçu qoşulub.

Himn əvəzinə xalq mahnısı

Birləşmiş komanda artıq Olimpiadadan kənar ilk məşq oyununu keçirib. İsveç yığmasına qarşı oynayan komanda üzvlərinin əynindəki vahid formanın üzərində bütöv Koreya yarımadasını əks etdirən bayraq olub. Xokkeyçi qızlar himn əvəzinə xalq mahnısını dinləyiblər. Koreyalılar bu oyunda 1-3 hesabı ilə məğlub olublar.

Şimali Koreya hidrogen bombasının sınağını keçirdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Birləşmiş komandanın əllərində Koreya yarımadasının şəkli olan bayraqlar tutmuş 3 minədək azarkeşi yarışa baxmağa gəlib. Ancaq bununla yanaşı, bir mühafizəkar qrup da Şimali Koreyanın bayrağını cırıb və Kim Jong Un-ı hakimiyyətdən getməyə çağırıb.

Qeyd edək ki, Olimpiya kəndində idmançıları ayrı-ayrı evlərdə yerləşdiriblər.

Şimali və Cənubi Koreya yanvarın 15-də keçirilmiş danışıqlardan sonra Pxençan şəhərində Qış Olimpiya Oyunlarının açılış mərasimində birgə çıxış etmək qərarına gəliblər.

Daha öncə isə Cənubi Koreya prezidenti Kim Jong Un-la görüşməyə hazır olduğunu bildirib. Ancaq onun bir şərti var: «Gərək bu görüş nüvə probleminin həllinə və iki Koreya arasındakı münasibətlərin bərpasına şərait yaratsın».

Kim Jong Un-sa özünün xalqa Yeni il müraciətində bildirib ki, 2018-ci il Koreya xalqı üçün «çox mühüm il» olacaq. O, elə Pxençanda keçiriləcək Qış Olimpiya Oyunlarına Şimali Koreya nümayəndə heyətinin göndərilməsini də bu çıxışı zamanı təklif edib. Koreya Xalq Demokratik Respublikası (KXDR) cəmi bir neçə gün ərzində Cənubi Koreya ilə illər öncə kəsilmiş xüsusi rabitə xəttini bərpa edib.

XS
SM
MD
LG