Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:39

Krım körpüsündə partlayış. Ukrayna ‘provokasiya’ deyir


Krım körpüsü
Krım körpüsü

Ərdoğan inanır ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də deyib ki, o öz rusiyalı həmkarı Vladimir Putinin Moskvanın taxıl razılaşmasından çıxmasına dair qərarına yenidən baxacağına inanır:

"Düşünürəm ki, Rusiya bu humanitar körpünün saxlanmasında maraqlıdır”.

Ərdoğan deyib ki, bugünə (iyulun 17-sinə) iki ölkənin xarici işlər nazirləri – Hakan FidanSergey Lavrov arasında danışıqlar planlaşdırılıb.

Türkiyə prezidenti əlavə edib ki, onun özü də avqusta planlaşdırılan görüşə qədər Putinə zəng edəcək. Avqustda Putinin Türkiyəyə səfəri planlaşdırılıb.

***

Kreml Ukrayna taxılının Qara dənizlə ixracına imkan verən taxıl sazişini uzatmayacağını bildirib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın sazişi uzatmaqdan imtinasının Krım körpüsündəki insidentlə heç bir əlaqəsi yoxdur, saziş çərçivəsində Rusiyanın şərtlərinin icra olunmaması ilə bağlıdır.

O, detalları açıqlamayıb. Ancaq Moskva dəfələrlə taxıl və gübrə ixracına əngəllərin qaldığını bildirib. Amma bu məhsullara Qərbin sanksiyaları birbaşa tətbiq olunmur.

Peskov deyib ki, “razılaşmanın Rusiya hissəsi yerinə yetirilən kimi” Rusiya sazişə dönəcək. O, detallı danışmayıb.

+++

Moskva Krım körpüsünü Ukraynanın vurduğunu deyir. Hücum zamanı iki nəfər həlak olub. Kiyev isə Qara dənizdən taxıl ixracı sazişinin müddətinin bitdiyi gün baş verən insidentin provokasiya ola biləcəyini bildirib.

BMT-nin vasitəçiliyi ilə əldə olunmuş sazişin müddəti, Rusiya onu uzatmağa razılaşmasa, iyulun 17-də gecəyarı bitir. Ancaq körpüdəki insidentin razılaşmanın uzadılmasına necə təsir göstərəcəyi aydın deyil.

Saziş çərçivəsində sonuncu gəmi Ukraynanın Odessa limanından iyulun 16-da çıxıb.

Rusiyanın yüksək vəzifəli deputatı Sergey Mironov Telegram-da yazıb ki, Moskva sazişi uzatmamalıdır.

“Daha bir terror hücumundan sonra taxıl sazişi ola bilməz”, – Mironov qeyd edib.

+++

Bazar ertəsinə keçən gecə Rusiya ərazisini ilhaq edilmiş Krımla birləşdirən körpüdə azı bir partlayışın baş verdiyi, iki nəfərin öldüyü bildirilir. Nəqliyyatın hərəkəti dayandırılıb.

İlhaq edilmiş Krımın Rusiya tərəfindən təyin olunmuş “başçısı” Sergey Aksyonov deyib ki, Krım körpüsündə "Krasnodar diyarındakı 145-ci dayaq sahəsində fövqəladə vəziyyət baş verib".

Rusiyanın Krasnodar diyarının nəqliyyat rəsmilərinin sözlərinə görə, Kerç körpüsünün girişində təxminən 3 kilometrlik tıxac yaranıb.

Bundan öncə VKontakte sosial şəbəkəsində publik "Xəbərlər Kerç Krım Rusiyası" Kerçin müxtəlif yerlərində 15 dəqiqəlik fasilə ilə iki partlayışın eşidildiyini yazıblar. Bunun ardınca Krım körpüsündə olan sürücüləri təhlükəsiz məsafəyə yönəldiblər.

Körpüyə iki zərbə endirildiyi bildirilir

“Readovka” nəşri xəbər verir ki, körpüyə raket dəyib, nəticədə 145-ci sütun çöküb və körpülər arasındakı hissələr dağılıb. Vaqner özəl hərbi qrupuna yaxın “Grey Zone” kanalı körpüyə iki zərbə endirildiyini iddia edir. “Baza” nəşri dağıntıları təsdiqləyən fotoları yayıb.

Yarımada ilə Krasnodar diyarı arasında bərə xidməti müvəqqəti bağlanıb. Hakimiyyət dəmiryolu nəqliyyatının hərəkətini səhər saat 9-a qədər bərpa edəcəyinə söz verir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov vilayətdən olan bir cütlüyün həlak olduğunu bildirib. Maşında onlarla birlikdə gedən qızları orta-ağır bədən xəsarətləri alıb. “Mash” 14 yaşlı qızın reanimasiyada olduğunu yazır.

Avtomobil sürücülərinə işğal altında olan Mariupol, Berdyansk və Melitopol vasitəsilə ilhaq edilmiş Krıma “alternativ marşrut”təklif olunur.

Rəsmi qurumlar hələlik, körpüdə nə baş verdiyini açıqlamayıblar.

Ukraynanın reaksiyası

Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov şərh verməkdən imtina edib, qurumun rəisi Kiril Budanova istinadla deyib ki, “Krım körpüsü orada lazımsız tikintidir”.

Ukrayna ordusunun sözçüsü Nataliya Humenyuk baş verənləri Rusiyanın potensial təxribatı kimi qiymətləndirib.

Humenyuk AzadlıqRadiosuna deyib ki, işğalçı hakimiyyət bu yaxınlarda körpünün təhlükəsizliyini gücləndirdiyi üçün xəbərlərə şübhə ilə yanaşılmalıdır. Onun sözlərinə görə, Rusiya bu vəziyyətdən özünün və Ukrayna taxılının daşınması üzrə danışıqlarda alver predmeti kimi istifadə edə bilər.

Ukrayna taxılının Qara dənizdən daşınmasına imkan verən razılaşmanın müddəti iyulun 17-də bitir. Tərəflər hələlik, razılaşmanı uzada bilməyiblər. Rusiya Prezidenti Vladimir Putin deyib ki, taxıl sazişinin müqabilində Rusiyanın şərtlərindən heç birinə hələ əməl olunmayıb.

Uzunluğu 19 km olan Krım körpüsü 2018-ci ildə açılıb. O, Rusiyanın Krosnodar vilayəti ilə ilhaq edilmiş Krımı birləşdirir. 2022-ci il oktyabrın 8-də körpüdə partlayış baş verib. Rəsmi versiyaya görə, partlayıcı ilə dolu yük maşını partlayıb. Bir neçə nəfər həlak olub. Bundan sonra körpüdə yük maşınlarının hərəkəti qadağan edilib.

XS
SM
MD
LG