Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:48

Krımda silah anbarı yanır, partlayışlar baş verir


Starı Krım poliqonu yaxınlığında yanğın
Starı Krım poliqonu yaxınlığında yanğın

Rusiya tərəfindən ilhaq edilmiş Krımın Kirov rayonundakı poliqonda iyulun 19-a keçən gecə yanğın başlayıb.

Hələ ki, rəsmi qayada təsdiq edilməmiş xəbərlərə görə hazırda Starı Krım şəhəri yaxınlığındakı sursat anbarında partlayışlar və yanğın davam edir.

Yanğın və detonasiya barədə ilk xəbəri “Krımski veter” teleqram kanalı verib.

Kanalda üç müxtəlif video dərc olunub. Videolardan ikisində uzaqda böyük yanğın və ətrafa sıçrayan qığılcımlar görünür.

Qeyd olunur ki, bu anbarda reaktiv silahların yanmasını göstərir.

“Krımski veter” teleqram kanalının məlumatına görə silah-sursat anbarına raket və ya dronlarla üç zərbə endirilib.

Sözü gedən poliqon Rusiyanın arxa cəbhəsinin dərinliklərində - cəbhə xəttindən 230 kilometr arxada yerləşir.

2 minədək sakin təxliyə edilə bilər

Bundan əvvəl Ukrayna teleqram kanalları da Starı Krım şəhəri yaxınlığındakı silah-sursat anbarında yanğın və partlayışlar baş verdiyini bildirmişdilər.

Teleqram kanallardakı məlumatlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova istinadla bildirilirdi ki, Krımdakı partlayışlar Ukrayna kəşfiyyatı və ordusunun birgə əməliyyatının nəticəsidir.

Lakin sonradan bu məlumatın saxta olduğu, Budanovun rəsmi teleqram kanalında bu barədə heç nə deyilmədiyi bildirilmişdi.

Yarımadanın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonov bildirir ki, Krımın şərqindəki Tavrida avtomobil trassı bağlanıb.

O əlavə edib ki, poliqona yaxın ərazilərdən iki minədək sakin təxliyə edilə bilər. Söhbət dörd yaşayış məntəqəsinin evakuasiyasından gedir.

İlhaq olunmuş Krımın administrasiyası habelə avtomobil və avtobus nəqliyyatının hərəkət sxemini dəyişib.

Rusiya Müdafiə Nazirliyi vəziyyəti şərh etməyib.

Krım körpüsündə vəziyyət

İyulun 17-də ehtimalən suüstü dronların zərbəsi nəticəsidə Krım körpüsü üzərindən hərəkət dayandırılıb.

Zərbə nəticəsində Belqoroddan olan ər-arvad həlak olublar. Onların 14 yaşlı qızı yaralanıb.

Rusiya prezidenti Vladimir Putin körpünün partladılmasını “terror aktı” adlandırıb və “qisas” vəd edib.

Rusiya bu hadisənin ardınca taxılın Qara dənizlə ixracı razılaşmasından çıxıb, Odessa və Nikolayevə hava zərbələri endirib.

Aprel ayında Sevastopoldakı neft anbarına dron hücumu olmuş, yanğın baş vermişdi.

O vaxt Ukrayna hərbiyyəsinin nümayəndəsi bunu “əks-hücuma hazırlıq” adlandırmışdı.

XS
SM
MD
LG