Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:32

İşğal olunmuş Krımda yenə partlayış baş verib


Sevastopolda partlayış
Sevastopolda partlayış

Ukraynanın cənub hissəsinin atəşə tutulması nəticəsində bir uşaq öldürülüb. Xerson vilayətinin Baş Prokurorluğu altı yaşlı bir oğlanın öldürüldüyünü, həmin oğlanın 13-yaşlı qardaşı daxil olmaqla dörd nəfərin yaralandığını bildirir.

“Düşmənin mərmiləri bir fərdi evə və onun ərazisinə düşüb”, – qurumun Telegram-da yerləşdirilmiş bəyanatında deyilir.

Ukrayna Hava Qüvvələri Komandanlığının sentyabrın 14-də yaydığı məlumata görə, ötən gecə cənub və şimal vilayətləri üzərində 22 Rusiya dronundan 17-si vurulub.

+++

Rusiyanın işğal etdiyi Krımda partlayışlar baş verdiyi xəbər verilir. Ukraynanın bu yarımadasını Rusiyaya birləşdirən körpünün üzərində nəqliyyatın hərəkəti dayanıb. Rusiyanın müdafiə nazirliyi Ukraynanın daha bir dron hücumunun qarşısını aldığını iddia edib. Dünən yarımadaya oxşar hücum nəticəsində Rusiyanın iki hərbi gəmisini ciddi ziyan dəymişdi.

RIA xəbər agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadla bildirir ki, sentyabrın 14-də səhər Krım üzərində 11 dron sıradan çıxarılıb. Sosial mediada yayılan video və fotolarda Krımın qərbindəki Yevpatoriyada və ətrafında partlayışlar baş verdiyi iddia olunur.

Sualtı dron hücumu

Rusiyanın Müdafiə Nazirliyi həmçinin sentyabrın 14-də Qara dənizdə “Sergey Kotov donanma patrul gəmisində” Ukraynanın beş sualtı dronunun hücumunun dəf olunduğunu bildirib.

Bundan öncə isə Rusiya ordusu və xəbər agentlikləri Rusiya havadan müdafiə bölmələrinin ölkənin cənubundakı Bryansk və Belqorod vilayətləri üzərində Ukraynanın iddia olunan dronlarını vurduğunu xəbərləyib.

Dünən – sentyabrın 13-də Krımdakı Sevastopol gəmi təmiri zavoduna Ukraynanın irimiqyaslı zərbəsi nəticəsində Rusiyanın iki hərbi gəmisinə ciddi ziyan dəyib. Sevastopolda Rusiyanın Qara Dəniz Donanmasının əsas bazası yerləşir.

Rusiyanın Qara dəniz donanmasına hücum: 2 hərbi gəmi zədələnib
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gəmilərin təmiri mümkün olmayacaq

“Reuters” Ukraynanın kəşfiyyat rəsmisinə istinadla yazıb ki, böyük bir gəmi və sualtı qayıq vurulub, onların təmiri mümkün olmayacaq.

“Ciddi ziyandan söhbət gedir. Böyük əminliklə deyə bilərik ki, onlar təmirolunmayacaq haldadır”,Andriy Yusov “Reuters”ə deyib, ancaq zərbənin hansı silahla endirildiyini dəqiqləşdirməyib.

Britaniyanın “Sky News” televiziyasının məlumatına görə, hücumda bu ölkənin verdiyi “Storm Shadow” uzaq mənzilli qanadlı raketlərindən istifadə olunub. Xəbər Qərbin və Ukraynanın adı çəkilməyən mənbələrinə istinadla yayılıb.

AzadlıqRadiosunun Ukrayna xidmətinin regional xəbər orqanı olan “Crimea.Realities” ərazidə azı yeddi partlayış eşidildiyini, zərbənin dalğasından pəncərələrin qırıldığını bildirib.

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadadakı strateji tərsanədə Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları hazırlanır və təmir olunur. Donanma Ukrayna üzərinə saysız dron və raket buraxıb.

XS
SM
MD
LG