Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Azərbaycan bəzi hakim yüksəklikləri nəzarətə götürdüyünü deyir


Yeni Laçın dəhlizi
Yeni Laçın dəhlizi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, martın 30-da Laçın rayonu ərazisində bəzi hakim yüksəklik və yolları nəzarətə götürmələri ilə bağlı məlumat yayıb.

"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas, yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - məlumatda bildirilir.

Gorus-Xankəndi avtomagistralının bağlandığı deyilir

Qarabağdakı separatçı qurum isə Azərbaycan silahlı qüvvələrinin Zabux və Tex kəndləri arasındakı Gorus-Xankəndi avtomagistralını bağladığını bildirir.

Qurum Ermənistanın Sünik vilayətində Tex-Kornidzor yeni qrunt yolunun artıq hazır olduğunu, onun 2022-ci ilin avqustunda istismara verilmiş Kornidzor-Xin Şen (Kiçik Qaladərəsi, Şuşa) yoluna birləşəcəyini vurğulayır.

Separatçı qurum əlavə edib ki, Tex-Kornidzor yolunun istifadəsi, "Dağlıq Qarabağın blokadasının davam etdiyini nəzərə alanda, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə regiona humanitar daşınmaların həyata keçirilməsi" mümkündür. Habelə vurğulanır ki, Dağlıq Qarabağın sərhədində, Həkəri çayının üzərindəki körpünün yanından keçən həmin yol Rusiya sülhməramlılarının nəzarətindədir.

Azərbaycanda özlərini ekofəallar kimi təqdim edən şəxslər ötən il dekabrın 12-dən Laçın yolunda etiraz aksiyası keçirir. Onlar Qarabağda faydalı yataqların monitorinqinə icazə verilməsini tələb edirlər. Ancaq rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Ermənistanda isə hesab edirlər ki, bu aksiyanin arxasında rəsmi Bakı durub.

Keçmiş Laçın dəhlizindən Ermənistana gediş-gəliş bağlandı
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Ötən il…

Ötən il avqustun 26-da Azərbaycan Laçın şəhərini nəzarətə götürmüşdü. Həmin məsələ barədə Prezident İlham Əliyev Twitter səhifəsində paylaşım etmişdi: "...Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü".

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu qismən) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma 5-kilometrlik bu dəhliz Laçın şəhərinə və bu rayonun Zabux, Sus kəndlərinə düşdüyündən onlara Azərbaycan nəzarət etmirdi.

Bununla belə, Azərbaycan, üçtərəfli sazişə əsasən, Laçın şəhərindən yan keçən əvvəlki dəhlizə alternativ yol çəkib. Bu yol da Ermənistanla Azərbaycanın Xankəndi şəhərini birləşdirir. Yolun Ermənistan tərəfinə düşən hissəsində isə inşa işlərinin davam etdiyi açıqlanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG