Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Lavrov Yerevanda Qarabağı müzakirə edib


Sergei Lavrov və Edward Nalbandian
Sergei Lavrov və Edward Nalbandian

Rusiyanın xarici mişlər naziri Sergei Lavrov noyabrın 9-da Yerevana işgüzar səfərə gedib.

Lavrov öncə Ermənistan prezidenti Serzh Sargsyanla, sonra isə Nalbandianla görüşüb.

O görüşlərdən sonra Nalbandianla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi qane edən həllinə nail olmaq üçün səyləri artırmaq lazımdır.

Lavrov qeyd edib ki, bu münaqişə yalnız dinc yolla həll olunmalıdır.

Lavroq bildirib ki, Moskva ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri və üçlüyün üzvü kimi münaqişənin həllində müsbət nəticəyə nail olmaq üçün fəal rol oynamaqda davam edəcək.

“Armenia today” portalının məlumatına görə, Lavrov AŞPA siyasi komitəsinin bu günlərdə Dağlıq Qarabağla bağlı məruzəsinə də toxunub.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmayan müxtəlif beynəlxalq təşkilatlara çıxmaq düzgün deyil.

Nalbandian isə deyib ki, rəsmi Yerevan münaqişənin yalnız dinc yolla həllinin tərəfdarıdır və bu sahədə Rusiya və Minsk qrupunun səylərini dəstəkləyir.

Qeyd edək ki, AŞPA Siyasi Komitəsinin noyabrın 4-də keçirilən iclasında “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” ilə bağlı məruzə qəbul olunub. Sənədi Siyasi Komitənin britaniyalı məruzəçisi Robert Walter hazırlayıb.

İclasda Azərbaycanı təmsil edən millət vəkili Səməd Seyidov ümumilikdə bu məruzəni yüksək qiymətləndirib. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, müzakirə zamanı Azərbaycan tərəfi sənədə 3 əlavə təklif edib və onların 3-də qəbul olunub:

“Bu əlavələr də məruzəyə daxil edildi. Əlavələrdən biri Dağlıq Qarabağda qeyri-qanuni saxlanılan 2 Azərbaycan vətəndaşının taleyinin müzakirəsi və onların dərhal azadlığa buraxılması barədə idi.Bu məruzənin bənd-bənd müzakirəsi və qəbul olunması regionda obyektivliyin, qanunun aliliyinin bərqərar olmasına yardım edəcək.

Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı etnik təmizləmələrin aparılması, Avropa Məhkəməsinin Çıraqov işi ilə bağlı qərarının bu məruzədə əks olunması bir daha sübut edir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsuliyyət daşıyır”-deyə o vurğulayıb.

XS
SM
MD
LG