Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:52

Cənub rayonlarında leysan fəsadlar törədib


Maşxan çayı yağışdan sonra
Maşxan çayı yağışdan sonra

Son günlər Azərbaycanın cənub bölgəsində Lerik rayonuna güclü leysan yağıb, dolu düşüb.

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun deməsinə görə, torpaq sürüşməsi nəticəsində Lerik-Lənkəran yolu bağlı olub: "Dünəndən, iyulun 26-dan yol bağlı idi. Sonra yolu açdılar. Amma yolda problemlər var. Lerik Yol İstismar İdarəsinin işçiləri yolları təmizləməklə məşğuldurlar. Kənd təsərrüfatına, taxıl və tərəvəz sahələrinə ciddi ziyan dəyib. Dəymiş ziyan müəyyənləşdirilir".

İyunun 26-dan 27-nə keçən gecə leysan yağışı Azərbaycanın başqa bir cənub rayonu- Astara ərazisində də fəsadlar törədib. Rayonun Maşxan kəndində fərdi təsərrüfatlara daha çox ziyan dəydiyi bildirilir.

"Dağılmış körpülər var"

Astara rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Xanverdi Şirinov problemləri aradan qaldırmaq üçün işlərin getdiyini deyir: "İki saat ərzində güclü yağış yağdı. Xıçaso, Maşxan kənd ərazilərində dağıntılar var. Fərdi təsərrüfatlara ziyan dəyib. Dağılmış körpülər var. Kənd yollarında da problemlər yaranıb. Yağıntı, əsasən, dağətəyi ərazilərdə özünü göstərib. Dağ kəndlərinə gedən yollarda işləyirlər. Maşxan kəndindən hələ də su çəkilməyib. Çətinliklərimiz var".

Yerli sakinlər də təsərrüfatlarına müxtəlif ziyanlar dəydiyini deyirlər. Onlar hakimiyyət orqanlarından kömək umurlar.

XS
SM
MD
LG