Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

Litva hərbçilərinin səfərlərinə qadağan qoyulacaq ölkələrin arasında Azərbaycan da var


Litva Müdafiə Nazirliyinin işləyib hazırladığı və ölkə parlamentinə təqdim etdiyi qanun layihəsində Litva hərbçilərinin Rusiya, Belarus, Çin və dövlətin təhlükəsizliyinə hədə olan bir sıra regionlara səfərlərinin qadağan olunması təklif olunur.

Bu siyahıda Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya tərəfindən ilhaq edilmiş Krım, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstanın separatçı bölgələri - Abxaziya və Cənubi Osetiya da var. Qanun layihəsində Litva hərbçilərinin bu ölkə və ərazilərə qeyri-xidməti səfərləri qadağan edilir.

Qanun layihəsində hərbçilərə adı çəkilən ölkə və ərazilərdən tranzitlə keçid də yasaqlanır.

Burada hərbçilərin yalnız bu ölkələrin hava məkanında uçuşları istisna təşkil edir.

Müdafiə Nazirliyi hərbçilərə habelə Litva Xarici İşlər Nazirliyinin arzuolunmaz hesab etdiyi ölkələrə səfərlərin də qadağan olunmasını təklif edir.

İstisnalar

Qanun layihəsinə görə qadağandan yalnız hərbçilərin sözü gedən ölkələrdəki qohumlarının ağır xəstəliyi və ölümü təqdirində istisna verilir.

Bundan başqa hərbçilərə siyahıdakı ölkələrə onların şəxsi mülkiyyət məsələləri həll olunanda səfər etmək icazəsi nəzərdə tutulub.

LRT kanalının məlumatına görə Litva seymində qəbul olunduğu təqdirdə bu qanun 2024-cü ilin yanvarından qüvvəyə minəcək.

Bu ilin sentyabrında Litva böhran idarəetməsi milli mərkəzində bildirmişdilər ki, dövlət sirləri ilə işləyən şəxslər Rusiya, Belarus və Litvanın milli təhlkükəsizliyinə hədə olan başqa ölkələrə səfər etməməlidirlər.

Mərkəzin məlumatına görə bu məhdudiyyətlər 56 min nəfəri əhatə edəcək.

Bu onunla əlaqədar idi ki, Belarusun xüsusi xidmətləri sərhəd məntəqələrində litvalıları sorğu-suala tutur, onları şantaj və psixoloji təzyiq vasitəsilə ələ almağa çalışırdılar.

XS
SM
MD
LG