Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Lukaşenko “uzunömürlüyünün” sirri


İyirmi ildən artıqdır ki, 61 yaşlı keçmiş kolxoz sədri yarı hiylə, yarı qəddarlıqla Şərqlə Qərbin arasında yerləşən ölkədə hakimiyyət kreslosunda möhkəm otura bilib.

Azadlıq Radiosunun müxbiri Tony Wesolowsky yazır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonu Qərbdə lağa qoysalar da, Rusiyada ona dişlərini qıcayaraq dözsələr də, o özünü 11 oktyabr seçkisinin ərəfəsində tam təhlükəsiz və toxunulmaz hesab edir.

Keçmiş kolxoz sədri

İyirmi ildən artıqdır ki, 61 yaşlı keçmiş kolxoz sədri yarı hiylə, yarı qəddarlıqla Şərqlə Qərbin arasında yerləşən ölkədə hakimiyyət kreslosunda möhkəm otura bilib.

İyirmi ildən artıqdır ki, 61 yaşlı keçmiş kolxoz sədri yarı hiylə, yarı qəddarlıqla hakimiyyət kreslosunda möhkəm otura bilib

Məqalədə deyilir ki, Lukaşenko 1994-cü ildə hakimiyyətə gələndən az sonra parlamenti iqtidarsız vəziyyətə salıb, medianın səsini kəsib, siyasi opponentlərini ya miskin vəziyyətə salıb, ya da mühacirətə məcbur edib.

Rəsmi media cüssəli və ucasəsli Lukaşenkonu sərt, lakin qayğıkeş ata – “batka” kimi təsvir etməyə çalışıb.

O əsl “batka” kimi gah “xalqla birlikdə” kartof yığmağa gedir, gah da xokkey oynayır.

Xarici siyasət cəbhəsində Lukaşenko Moskvanın xoşuna gələcək bir məharətlə Qərblə məsafə saxlayıb. Rusiya bu keçmiş sovet respublikasının iqtisadiyyatını ayaqda saxlayan əsas partnyordur. Axı Belarus üç NATO üzvü ilə həmsərhəddir.

Sabitlik sosiska deməkdir

Lakin çox sayda belarus üçün Lukaşenko sabitlik mənbəyidir.

Belarusda ilk müstəqil partiya və analitik mərkəzin yaradıcısı sayılan Aleh Manayev AzadlıqRadiosuna deyib ki, Lukaşenko onu dəstəkləyən çoxluğa sədaqətin müqabilində müəyyən pay və sabitlik verib, əvəzində ona qarşı çıxanlarla maksimum qəddarlıqla rəftar edib.

Oktyabrın 8-də ədəbiyyat üzrə Nobel mükafatını almış Belarus yazıçısı Svetlana Aleksiyeviç daha dərin izahat verir.

Moskvanın müttəfiqi Lukaşenko Rusiya televizyasında da lağa qoyulur
Moskvanın müttəfiqi Lukaşenko Rusiya televizyasında da lağa qoyulur

“Kənddəki insanlar üçün sabitlik, sosiska deməkdir”, - deyir yazıçı. Lukaşenko hakimiyyətə gələndən Aleksiyeviçin Belarusda bircə kitabı da çıxmayıb.

Hələ 1990-cı illərdə Lukaşenko xalqa korrupsiya ilə mübarizə edəcəyini və iş yerləri yaradacağını vəd etmişdi. O durğunluq içində olan postsovet respublikasında iqtisadiyyatın “şok terapiyasına” yol vermədi.

Başqa vədlərini yerinə yetirməsə də, Lukaşenko siyasi opponentlərin ləğvinə çox erkən başlamışdı. Ləğv sözünü əsl mənasında da başa düşmək olar. 1999-2000-ci illərdə yoxa çıxmış oponentlərdən dördü indiyədək tapılmayıb.

Amma nə sirdirsə, Lukaşenkonun iqtisadi modeli işlədi, - yazır Tony Wesolowsky.

2001-2011-ci illər arasında Belarus iqtisadiyyatı ildə 8 faiz artım yaşadı. Yoxsulların sayı 30 faizdən 11 faizə endi. 2010-cu ildə bu rəqəm artıq 5, 2 faiz idi.

Lakin zəif neft qiymətləri Rusiya neftinin emalından qazanan Belarusun da iqtisadiyyatını xeyli yavaşıdıb. Dünya Bankı Minskə 2016-cı il üçün geriləmə proqnozlaşdırıb.

İqtisadi cəhətdən zəifləyən Rusiya Belarusdan əsasən təsərrüfat texnikasını, traktor, yük maşınları, sənaye aqreqatlarını və kənd təsərrüfartı məhsullarını idxal edir.

​“Teflon diktator”

Qərbdə bəzi siyasətçiləri “teflon” adlandırırlar. Bu sintetik maddəyə heç nə yapışmır. Teflon siyasətçi – tənqidə kar siyasətçi deməkdir.

Belarus prezidenti Qərbdə məhz belə bir epitet qazanıb.

Digər tərəfdən, qəribəsi budur ki, iqtisadiyyatın axsamağa başlamasına baxmayaraq, rəy sorğuları onun populyarlığının azalmadığını göstərir.

Bunun bir səbəbi də Lukaşenkonun mənfi göstəricilərə görə başqalarını ittiham və tənbeh etməsidir. O, 2010-cu ildə baş nazirdən tutmuş mərkəzi bankın rəhbərinədək onlarca naziri işdən azad edib.

Belarus prezidenti oğlunu siyasətə hazırlayır
Belarus prezidenti oğlunu siyasətə hazırlayır

Rəsmi medianın “bayraqdarı” olan “Sovetskaya Belorussiya” qəzetində Lukaşenko haqqında yalnız tərif oxumaq olar.

Müstəqil mediaya gəlincə isə, onunla daha çox indiyədək “KGB” adlanan təhlükəsizlik xidməti məşğul olur.

Prezident seçkisi ərəfəsində hakimiyyət senzurasından yan ötmək üçün Belarusdan kənardan televiziya reportajları verən jurnalistlərin təqibinə başlanıb.

Bu il 28 jurnalist cərimələnib. Onların əksəriyyəti DTK-da dindirilib.

Xaricdən yayınlanan və Belarusda qadağan edilmiş Belsat TV-nin jurnalisti Olqa Çayçits deyir ki, onlar Belarus təbliğatı mifini məhv edirlər və elə buna görə də seçki ərəfəsində təhlükəli element hesab olunurlar.

Rusiya və Ukraynadakı xaosdan uzaq

Lukaşenko ölkə əhalisini Rusiyada və Ukraynada baş verən xaosla, İslam Dövləti ilə qorxudaraq özünü Belarus xalqının müdafiəçisi kimi qələmə verir.

Manayev bildirir ki, bu fənd işləyir, çünki belarusların əksəriyyəti Ukraynada baş vermis “Maydan” hadisələrinə xoşagəlməz xaos kimi baxır.

Lukaşenko Rusiya ilə Ukraynanın çəkişməsində heç birinin tərəfini saxlamır və beləliklə də, Qərb və Moskva arasında sakitcə ləngər vurur

Siyasi analitik Valeri Karbaveliç deyir ki, məhz buna görə də belaruslar “sabitlik və möhkəm əli” qəbul edirlər.

Ukraynada baş verənlər üstəlik Lukaşenkonun işinə yarayıb. İndiyədək onu saymayan Qərb – Fransa, Almaniya və Rusiya böhranın çözümünə dair danışıqları Minskdə keçirirlər.

Buna baxmayaraq, Lukaşenko Rusiya ilə Ukraynanın çəkişməsində heç birinin tərəfini saxlamır və beləliklə də, Qərb və Moskva arasında sakitcə ləngər vurur.

Lukaşenko həm də Ukrayna hadisələrindən özünün müdafiə ritorikası üçün istifadə edir. O dəfələrlə deyib ki, lazım gəlsə belaruslar ukraynalılardan fərqli olaraq öz torpaqlarının hər bir qarşışı üçün döyüşəcəklər.

Belarus prezidenti ölkədə Rusiyanın hərbi-hava bazasının yaradılacağı barədə xəbərlər və Minskdə buna müxalifətin etiraz mitinqinin ardınca, bəyan edib ki, “onun Rusiya bazasına ehtiyacı yoxdur və belə bir planın olduğunu ilk dəfədir eşidir”.

Xətasız cığır

Belə vəziyyətlər ona Qərbdə də xal qazandırır. Qərbin “Avropanın sonuncu diktatoru” kimi damğaladığı Lukaşenko avqustun 23-də gözlənilmədən müxalifətin 6 liderini həbsxanadan azad edib.

Bu hərəkət Qərbin və ABŞ-ın alqışına səbəb olub.

Qərbin “Avropanın sonuncu diktatoru” kimi damğaladığı Lukaşenko avqustun 23-də gözlənilmədən müxalifətin 6 liderini həbsxanadan azad edib

Azad olunanlardan biri də ona 2010-cu ilin prezident seçkisində rəqib namizəd kimi meydan oxuyan Mikalay Statkeviçdir.

AzadlıqRadiosu və Reuters agentliyi təhlilçilərinin firkrincə Lukaşenkonun bu gedişi də bəhrə verə bilər.

Brüsseldəki bəzi diplomatlar Belarus üzərindəki Avropa sanksiyalarının qaldırılması mümkünlüyündən danışırlar. Hərçənd Human Rights Watch kimi təşkilatlar vurğulayırlar ki, Belarusda heç bir mənalı dəyişiklik baş verməyib. Avropa İttifaqının 2009-cu ildə Praqada başladığı təşəbbüs Belarusda işləməyib. Bu ölkədə mətbuat azadlığı təmin olunmayıb, seçki islahatları keçirilməyib.

Bunlar isə onu göstərir ki, Avropadan əsən mülayim küləklərə baxmayaraq Lukaşenko Rusiyanın ağuşunu tərk etməyəcək.

O bu mənada artıq seçimini də edib. Avropa İttifaqının assosiasiya sazişinə deyil, Putinin Avrasiya İttifaqına qoşulub.

XS
SM
MD
LG