Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Kiyev Lukaşenkanın ‘abırsız’ təbrikini rədd edir


İtaliyada Ukraynaya dəstək aksiyalarından birində
İtaliyada Ukraynaya dəstək aksiyalarından birində

Ukrayna Lukaşenkanı Rusiyaya Ukraynaya müdaxilə üçün öz ərazisini meydan etməkdə günahlandırıb

Kiyev avqustun 24-də Belarus lideri Alyaksandr Lukaşenkanın Ukraynanın Müstəqillik Günündə onun təbirincə deyilərsə, “abırsız” təbrikini rədd edib.

Reuters yazır ki, Ukrayna Lukaşenkanı Rusiyaya Ukraynaya müdaxilə üçün öz ərazisini meydan etməkdə günahlandırıb.

Xəbər verilir ki, Lukaşenka gözlənilmədən özünün rəsmi internet saytında Ukraynanın SSRİ-dən müstəqil olmasının 31-ci ildönümünü təbrik edib, ukraynalılara “təmiz səma, dözümlülük, mərdlik, güc və normal həyatın bərpasında uğur” arzulayıb.

Reuters xatırladır ki, Moskvanın ən yaxcın müttəfiqi olan Minsk Belarus ərazisini minlərlə Rusiya əsgərinin Ukraynaya basqın etməsi üçün onun ixtiyarına verib.

Lukaşenka təbrik bəyanatında yazır:

"Mən əminəm ki, bugünkü mübahisələr iki ölkənin iki xalqı arasında əsrlərcə yaşı olan səmimi qonşuluğun bünövrəsini dağıtmayacaq”.

Ukrayna prezidentinin baş müşaviri Mixaylo Podolyak Twitter-də yazdığı postda Lukaşenkanın təbrikini tənqid edib:

"Lukaşenka deyəsən doğrudan da elə hesab edir ki, dünya onun Ukraynaya qarşı cinayətlərdə iştirakını görmür. Məhz bu səbəbdən də o ölümcül raketlərlə vurulmağımıza yol verdiyi halda bizə abırsızcasına “təmiz səma” arzu edir.”

Özünə haqq qazandıran bəyanatlar

Reuters yazır ki, Lukaşenkanın bu təbriki onun son zamanlar Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən bəyanatları ilə ziddiyyət təşkil edir.

Ötən iyul ayında o Belarusu Rusiyanın “nasizmə” qarşı mübarizəsində bütün dünyada “yeganə müttəfiqi” adlandırmışdı.

O bu bəyanatı ilə əslində Moskvanın Ukraynada guya nasizmə qarşı döyüşdüyünə dair iddiasına haqq qazandırmışdı.

Kiyev və Qərb müttəfiqləri bəyan edirlər ki, Rusiya Ukraynada əsassız və səbəbsiz imperialist müharibə aparır.

Lukaşenka bundan əvvəl özünə haqq qazandırmaq üçün demişdi ki, Belarus Ukraynanın hərəkətlərinə görə müharibəyə “cəlb olunub”.

O iddia etmişdi ki, guya Belarus səmasında Ukraynadan atılan raketlər vurulub.

XS
SM
MD
LG