Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

Bahalaşmanın səbəbi təkcə dollardırmı? [video]


Azərbaycanda bahalaşmanın əsas səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:15:44 0:00

Azərbaycanda bahalaşmanın əsas səbəbi nədir? [video]

Valyutadəyişmə məntəqələrində dollar 1 manat 75 qəpiyə yaxınlaşır. Dollar bahalaşdıqca, idxal məhsulları, özəlliklə, ərzaq da bahalaşır. Təkcə, son bir ayda ərzaq məhsulları 2,3 faiz bahalanıb.

Ekspertlər isə bildirirlər ki, bahalaşma daha çoxdur və dolların dəyəri artdıqca qiymətlər daha da artacaq.

Qida məhsulları nə qədər bahalaşıb?

Bəs, son bir ayda hansı məhsullar bahalaşıb. Bahalanan məhsullara diqqət yetirək:

Düyü, makaron məmulatları, ət və ət məhsulları, balıq, süd, yumurta, kərə və bitki yağları, eləcə də şəkər və şəkər tozu, çay və digər məhsullarda qiymət artımı müşahidə olunur. Bundan başqa armud, üzüm, göyərti, pomidor, xiyar, kartof, kök, çuğundur, sarımsaq da bahalaşıb.

Buna da bax:​ İllik inflyasiya yenə ikirəqəmli olub

Buradan belə bir sual ortaya çıxır. Azərbaycanda pomidor, xiyar, kartof və digər məhsullar niyə xaricdən alınır ki, dolların məzənnəsinin qalxması da buna təsir etsin?

İlham Əliyev: "Xaricdən mal alınmasa, həm də dollar ölkədən getməzdi..."

Ərzaq təhlükəsizliyi - elə prezident özü də, müstəqil ekspertlər də çıxış yolunu bunda görür. Prezident İlham Əliyev az qala regionlara bütün səfərlərində bu haqda danışır. Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etməli olduğunu vurğulayır. Özünü 100 faiz ərzaqla təmin edən və 20 faiz ehtiyat saxlayan bilən ölkələr - ərzaq təhlükəsizliyini təmin etmiş sayılır. Amma kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, Azərbaycanda çörək istehsalı 100 faiz xaricdən gətirilən buğdadan asılıdır. Ətin 38 faizi, süd və yumurtanın isə 50 faizi xaricdən alınır. Başqa sözlə, Azərbaycan özü bütün bu məhsulları tam olaraq istehsal edib, yerli tələbatı qarşılaya bilsəydi, xaricdən mal almağa ehtiyac qalmazdı. Bu vaxt dolların qalxması da qiymətlərə belə ciddi təsir göstərməzdi.

Buna da bax:'Ölkənin qızıl dövrü əldən verilib'

Prezident İlham Əliyev öz çıxışlarında başqa bir məqama da diqqət çəkir. Bildirir ki, xaricdən mal alınmasa, həm də dollar ölkədən getməzdi. O, vurğulayır ki, Azərbaycan ərzaq təhlükəsizliyini qarşısına əsas hədəf qoyub və öz hədəfinə yaxınlaşır:

"Soyanı idxal etmək üçün Azərbaycandan xaricə 50 milyon dollardan çox pul gedir. Biz soya ilə özümüzü soya ilə təmin edə bilsək bu pul ölkədən getməz. Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq".

Buna da bax:​ Azərbaycanda hər şey bahalaşıb

Ərzaq ixracını dayandırmaq mümkündürmü?

Bəs, Azərbaycan qiymət artımının əsas səbəblərdən olan ərzaq ixracından asılılığı aradan qaldıra biləcəkmi? Ötən bir ildə ərzaq məhsullarının qiyməti 13,4 faiz bahalanıb. Ərzaq təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə həm də qıtlıq problemi yarana bilər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, Azərbaycan hakimiyyəti hədəfi düzgün seçməyib. Vahid Məhərrəmov pambıq istehsalını misal çəkir. Deyir ki, torpaq sahələri pambıq istehsalına ayrıldığı üçün ərzaq məhsullarının istehsalı azalıb:

"Yəni, əsas kənd təsərrüfatı məhsullarına olan tələbatın az hissəsi daxili istehsal hesabına ödənir. Əsasən xaricdən gətirilir. Bu ödəməkdir ki, Azərbaycanın qarşısında ərzaq təhlükəsizliyini təmin etmək üçün çox böyük ciddi vəzifələr durur. On ildir Azərbaycan ərzaq təhlükəsizliyini təmin edəcəyini vəd edir. Amma ötən illərdə bu sahədə əksinə ciddi geriləmələr var. Özünü təminetmə haqda o vaxt proqnoz verə bilərik ki, hakimiyyətə bu işə bacaran, peşəkarlar gəlib. İndiki halda 100 il də keçsə vəziyyət yaxşılaşmayacaq".

Buna da bax:​ Ekspertdən şərh: “Azərbaycan iqtisadiyyatı dəhşətli dərəcədə geriləyir”

Ərzaq təhlükəsizliyinin əsası ərzaq istehsalının artmasından keçir. Azadlıq Radiosu ötən illərdə bu mövzuda dəfələrlə müxtəlif reportajlar edib. Həmin reportajlarda becərdiyi məhsulu sata bilməyən kəndli, dövlətdən kredit ala bilməyən fermer, gömrükdəki əngəllər üzündən malı zay olan sahibkar göstərilir:

Bütün bunlar isə sonda adi vətəndaşa təsir edir. O, bazardan xaricdən gələn, özü də baha qiymətə satılan məhsul almalı olur. Bakı sakinlərindən soruşmuşuq ki, onlar necə, öz ailələrinin ərzaq təhlükəsizliyi üçün nə edirlər, yəni ərzaq ehtiyatı yığırlarmı?

Buna da bax:

'Dollar qalxır - hökumət nə fikirləşir?'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Dövlət statistika komitəsinin məlumatına görə 9 ayda ərzağın qiyməti 13,4 faiz, istehlak məhsullarının və xidmətlərin qiyməti 11,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb. Ekspertlər çıxış yolunu daxili istehsalı artırmaqda görürlər. Bunun üçünsə azad, rəqabətli bazar yaradılmaldır.

XS
SM
MD
LG