Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

İlham Əliyev neftin qiymətinin düşməsindən danışdı


►Prezident Euronews-a danışıb

“Biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin hazırda - neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib”.

Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində belə deyib.

Azərtac xəbər verir ki, ölkə başçısı Azərbaycanın neft və qazdan asılılığı azaltmağa nail olduğunu deyib.

“Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi, əsasən, qeyri-neft sektorunun - kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafını əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq”.

“Neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri sizi nə dərəcədə narahat edir?” sualına cavabda İlham Əliyev deyib ki, neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmür:​

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər.Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət edib. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər. Düşünürəm ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaqdır.” - deyə İlham Əliyev bildirib.

Müstəqil ekspertlər isə Azərbaycanın dövlət büdcəsinin neft gəlirlərindən hədsiz asılı olduğunu, qeyri-neft sektorunun zəif inkişaf etdiyini deyirlər.

Buna da bax:

Qocalar evinin evsiz qadınları
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

XS
SM
MD
LG