Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:44

Naxçıvanda məmurlara hədiyyə yasağı


Naxçıvanın rəhbəri Vasif Talıbov
Naxçıvanın rəhbəri Vasif Talıbov

►55 manatdan aşağı olar...

Naxçıvanda məmurlara dəyəri 55 manatdan yuxarı olan hədiyyə almaq qadağan edilib.

Bu qadağa Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təsdiqlədiyi etik davranış qaydalarında nəzərdə tutulur.

Xəbəri APA yayıb.

Qaydaya əsasən, dövlət qulluqçusuna qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar, güzəştlər əldə etmək qadağandır.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət göstərən dövlət qulluqçusu buna görə hər hansı haqq tələb edə bilməz.

Qaydalarda vurğulanır ki, dövlət qulluqçusu qanunsuz maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir.

Məmurlar ümumi məbləği 1 il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələr qəbul edə bilər.

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev də məmurları vətəndaşları incitməməyə, sahibkarlara azad iş mühiti yaratmağa çağırmışdı.

Buna da bax...

Əbülfəz Elçibəy "Kələki mühasirəsi"ndə
Gözlə

No media source currently available

0:00 0:06:34 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG