Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

Ukrayna hakimiyyəti: separatçılar hərbçilərə hücum edir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.

Ancaq məlumatda iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutulduğu bildirilib.


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

12:46 20.6.2014
-
Ötən sutka ərzində Donbassda Yampol və Zakotnoye qəsəbələrində döyüşlərdə 300-ə yaxın separatçı öldürülüb. Ukrayna hərbçilərindən 7 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə facaebook səhifəsində Ukrayna müdafiə nazirliyinin təmsilçisi Vladislav Seleznyov yazıb.

Onun məlumatına görə, separatçılardan götürülən hərbi texnika Rusiya istehsalıdır.

«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmirtiy Timçuk facebook-da yazır ki, Luqanska separatçıların zirehli texnikası girib. Gecə Luqansk aeroportu və Artyomvskda hərbi hissə atəşə tutulub.

Ukrayna hərbçiləri cavab atəşi açıb. Hərbçilər arasında zərərçəkən yoxdur, Timchuk yazır.
01:53 16.6.2014

SLAVYANSK: "ZƏRƏR ÇƏKƏN VAR?" - "YOX!"



İyunun 15-i xronkasınsını təsadüfən rastımıza çıxan bu video ilə yekunlaşdırırıq. Slavyansk sakini, yaşlı qadın Rusiyameylli jurnalistlərin istədiyi kimi danışmır. Evinə bomba düşməsinə sakit cavab verir, heç kimi "soyqırımda" ittiham etmir. Eyhamla bildirir ki, binalara atəş açanlar hələ bilinmir ki kimlərdir. Kameranın arxasından qadını tanbeh edirlər: "Nə xoruzlanırsan"... Bir sözlə Ukraynadan gələn xəbərlərə inanmaq çətin, yoxlamaq isə mükün deyil.

Gün ərzində silahlı toqquşmalar haqda xəbər gələn şəhərlərin adları arasında yeni heç bir toponim yoxdur. Slavyansk, Luqansk, Qorlovka və sair Donbass şəhərləri. Diqqət çəkən xəbərlər arasında Slavyanskın həbs olunan meri - V.Ponomarev-un həbsdə ikən qətlə yetirilməsi haqda məlumatdır ki, yoxlanılması mümkün deyil. Digəri isə Ukrayna generaliteti arasında gedən silkələmədir - İl-76-nın vurulmasının günahı məzh kimdədir, P.Poroshenko bu suala cavab axtarır.
00:44 16.6.2014

İL-76 faciəsi ətrafında xəbərlər



İyunun 14-də Luqansk aeroportunda vurulan təyyarə ilə bağlı Ukrayna rəhbərliyi xüsusi araşdırma aparır. İyunun 14-də prezident Poroshenko bu uçuşların təhlükəsizliyinin təmin olunmasındakı səhlənkarlıqdan danışmışdı. İyunun 15-də müdafiə nazirinin vəzifələrini icra edən Mikhail Koval bildirib ki, hazırda məsələ araşdırılır, onun nəticələrinin müəyyənləşdirilməsinə qədər Ali baş qərargahın opertiv idarə rəisi vəzifəsindən kənarlaşdırılıb.

Təyyarəyə raket hücumunu Luqansk separatçılarının liderləri öhdələrinə götürərərək, onun qondarma Luqansk xalq respublikasının uçuş qadağasını pozduğuna görə vurulduğunu bildiriblər. Bir müddət Rusiya mediası ümumiyyətlə təyyarənin Ukrayna əsgərləri tərəfindən vurulduğunu xəbər veriridi, Luqansk separatçılarına istinadən iddia olunurdu ki, videoda raketin Ukrayna hərbçilərinin nəzarətində olan aeroport tərəfdən atıldığı görünür. Bu sözarası əməlin motivi də izah olunurdu, aeroportu mühafizə edən Lvov və Dnepropetrovsk desantçıları arasında qarşıdurma olub. On günə yaxındır Luqansk aeroportu uğrunda gedən döyüşlərin də separatçılarla Ukrayna hərbçiləri arasında deyil, desantçıların öz arasındakı atışma olduğu bildirlirdi.

Ukrayna tərəfi bu xəbərlərə ancaq istehza ilə cavab verir. Yuxarıdakı videoda Luqansk separatçılarının aeroportu mühafizə edən Ukrayna qoşunlarına minomyotdan atəş açırlar.

Davamı

XS
SM
MD
LG