Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:04

Bu necə "üzən məzənnədi"?


►Valyutanı əvvəllər rəsmi məzənnədən 2 faiz kənara çıxmaqla satmaq olardı, amma indi bu, 4 faiz oldu

Azərbaycan Mərkəzi Bankı (MB) valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərib.

"APA”-nın məlumatına görə, məktubda bankların 4 faizlik kənarlaşma həddinə əməl etmələri tələb olunur. Əvvəllər bu limit 2 faiz səviyyəsində idi.

Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı MB-nin müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% qırağa çıxa bilər.

MB ötən ilin dekabrın 21-də qəbul etdiyi qərarla “üzən məzənnə” rejiminə keçdiyini açıqlayıb. Beləcə, 2-ci devalvasiyadan sonra məzənnənin hər gün elan edilməsi yeni rejimin “üzən-tənzimlənən” olduğunu aydınlaşdırdı.

Buna da bax: AZAL-ın sərnişinləri ona zərər vururmuş...

Təcrübədə 3 məzənnə rejimi var: 1. Üzən; 2. Üzən-tənzimlənən; 3. Təsbit edilmiş.

Üzən-tənzimlənən rejimdə də məzənnə, əsasən, tələb-təklifə görə müəyyənləşdirilir, amma kəskin dalğalanmaları önləmək üçün MB daha fəal çalışmağa məcbur olur. Son devalvasiya qərarından sonra alış və satış məzənnələri arasındakı maksimum kənarlaşmanın 2 faiz həddində qalıb-qalmayacağı sual doğururdu. MB bu məsələyə aydınlıq gətirməmişdi. Ancaq son günlər valyuta dəyişmə məntəqələrində alışla satış arasındakı fərq göstərdi ki, 2 faizlik kənarlaşma qərarı qüvvədən düşüb.

MB-nin yeni qərarı da suallar doğurur: Banklar bunu icra etməyə məcburdurmu? Kənarlaşma dərəcəsi varsa, buna necə “üzən məzənnə” demək olar? Və s.

Normativ xarakter daşımadığı üçün banklar MB-nin qərarına əməl etməyə də bilər.

"Qara bazar tüğyan edəcək"

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, indi də 4 faizlik kənarlaşma limitinin tətbiqi “üzən məzənə” rejiminin Azərbaycanda işləmədiyini göstərir:

“Məzənnənin həmişə inzibati yolla təyin edildiyi bir daha sübut olundu”.

Ekspertin sözlərinə görə, indən belə halın başvermə ehtimalı yüksəkdir:

“Ya MB məzənnəni bugünkü reallığa uyğunlaşdıracaq, çünki dollara tələbat çoxalıb. Ya da ölkədə “qara bazar” tüğyan edəcək və rəsmi məzənnə ilə real məzənnə arasında fərq yaranacaq”.

XS
SM
MD
LG